Ser Aleksin Kantonaya şəxsi məktubu – TARİX

eric-cantona-manchester-united_3354460
Paylaş:

Ser Aleks Ferqusonun kitabında da yer alan və 1997-ci ilin avqust ayının 18-də boss tərəfindən Erik Kantonaya yazılmış şəxsi məktub “Mançester Yunayted”in rəsmi səhifəsi tərəfindən də paylaşılıb. Buyurun, həmin məktubun mətnini Azərbaycan dilində tam tərcümə edilmiş versiyada sizlərə təqdim edirik.

Əzizim Erik

Son danışığımızdan bir neçə ay keçir və mən düşündüm ki, sənə hörmət və rəğbətimi bildirmək üçün sənə yazmalıyam.

Biz yenidən məşqlərə başlayanda mən sənin normallaşıb yenidən qayıdacağını gözləyirdim, amma mən düşünürəm ki, bu ümidim real deyildi və mən Mottramda sənlə görüşəndə gözlərindən anladım ki, sənin “Mançester Yunayted”dəki zamanın sona çatıb. Həmçinin mən hələ də düşünürəm ki, sən mənim və atanın məsləhətini dinləyib belə önəmli qərardan öncə tətil götürməliydin.

Sənə xatırlatmaq istədiyim daha bir şey var: həmişə formada və aktiv qal. Mən həmişə xatırlayıram bunu: 32 yaşımda karyeramı bitirdim və məşqçiliyə başladım. O zaman mən məşqlərin təşkilatçılığı və oyunçuların idarəsiylə bağlı çox narahat olduğumdan öz formanın qayğısına qalmağı unutdum və mən 6 il sonra bunun fərqini hiss elədim, yenidən məşqlərə başladım və bu çox pis idi, odur ki, sən öz formanı qorumalısan.

Mən əminəm ki, sən bizim nəticələrimizi daim izləyəcəksən və sən görürsən ki, biz hələ ki, çox yaxşı nəticə göstəririk. Sən bilirsən ki, biz sənin yerinə Tedi Şerinqemlə müqavilə imzalamışıq, amma o, hələ “Tottenhem”dəki vəziyyətini burada tapmaqda çətinlik çəkir. Oyunçular bəzən anlaya bilmirlər ki, bizim səviyyəmizdə olan klub üçün bütün rəqiblərinə qarşı oyunları Kubok finalı kimi oynamaq necə çətindir, belə ki, mən ümid edirəm ki, o, bunu bizim üçün edə biləcək.

Bizim mövsüm öncəsi səfərimiz pis deyildi. Uzaq Şərqə səfərimizdən daha yaxşı oldu və “İnter Milan”a qarşı oyunda da biz çox yaxşı idik. Çariti Şilddə (Charity Shield) gözəl oyun nümayiş etdirə bilmədik, amma yenə də biz “Çelsi”dən daha yaxşı idik. Ona görə də biz qələbəyə layiq idik, baxmayaraq ki, oyun penaltilərə qədər davam etdi.

Mən hələ də mövsümün sonundakı söhbətimizi xatırlayıram və yenə də eyni düşüncədəyəm ki, bizim klubun həmişə ən yaxşı hücumçu problemi olub. Çünki bizim maddi məhdudiyyətlərimiz və maaş sistemimiz hər zaman bizə ən yaxşısını almaqda mane olub. Bu çox bərbad bir şeydir. Çünki əgər sən zirvədəsənsə, o zaman ən yaxşısını almalısan ki, digərləri səni keçə bilməsin. Əgər mən cavan olsaydım, bəlkə də məsələyə fərqli yanaşardım, amma mənim nöqteyi-nəzərimdən deyə bilərəm ki, mən Avropa Kuboku qazanmamışam hələ və bu mənim indi etmək istədiyimdir. Amma buna baxmayaraq, mən davam etməli və ruhi maneələrə məğlub olmamalıyam və mənim həmişə öz oyunçularıma inamım olub və bunun belə davam etməsini arzulayıram. Ümid edirəm ki, gənc bir Kantona kəşf edəcəm! Bu mənim arzumdur!

Məktubu bitirərkən mən ümid edirəm ki, bizim əlaqəmiz qalacaq və tezliklə biz nəsə yemək və ya içmək üçün bir araya gələcəyik. Mən bilirəm ki, klub səni qarşıdakı naharla bağlı məlumatlandırıb və ümid edirəm ki, sən ona qatıla biləcəksən. Amma bu mənim üçün elə də önəmli deyil, mənim üçün önəmli olan sənin “Mançester Yunayted”də necə önəmli oyunçu olduğunu sənə xatırlatmaq və mənim üçün etdiklərinə görə sənə minnətdar olmaq idi. Mən bunu heç vaxt unutmayacam və ümid edirəm ki, sən də həmçinin.

Burada həmişə səni görməyə şad olacaqlar, əgər sən nə vaxtsa bir fincan çay üçün və ya fərq etməz, sadəcə dostcasına söhbət etmək üçün gəlsən, bu mənim üçün çox şey demək olacaq. Erik, ehtiyacın olduğunda sən mənim harada olduğumu bilirsən və artıq qısa müddətdir ki, mənim oyunçum olmasan da, sənin bir dostun olduğunu bildiyinə ümid edirəm.

Uğurlar və Tanrı səni qorusun!

Səmimiyyətimlə Aleks Ferquson!

13220707_10153743687047746_5992613792055042898_o

0 comments