Moyes komandanın oyunundan zövq aldığını bildirdi

Paylaş:

“Mançester Yunayted” Premyer Liqanın səfər oyunlarında ardıcıl olaraq 3-cü qələbəsini 2-0 hesabı ilə “Uest Hem Yunayted” üzərində qazandı.

Qırmızıların oyun boyu topa nəzarət etdiyini bildirən Devid Moyes, əslində daha böyük hesablı qalibiyyət gözlədiyini bildirdi:

Məncə biz çox yaxşı oynadıq. Bir qədər təəssüfləndirici olan odur ki, matçın birinci hissəsində əlimizə düşən imkanların hamısını qola çevirə bilmədik. Kavaqa və Mata birinci hissənin müxtəlif dəqiqələrində qol vurmaq üçün yaxşı imkan əldə etmişdilər, oyunun əvvəlində isə Fellayni başı ilə topa qapıya göndərməyə çox yaxın idi. Ancaq bütün bunlara baxmayaraq biz qələbəyə layiq gözəl oyun sərgilədik.

Əvvəlki matçlardan zədəlilər və oyundan diskvalifikasiya olunan oyunçulara görə bugünki matçda Devid Moyes komandada bir neçə dəyişiklik etməyə məcbur oldu. Maykl Kerriki müdafiənin mərkəzində Fil Consla bərabər oynadan Moyes, Kerrikin həmin mövqedə bugünki performansından çox razı qaldığını bildirdi:

Əvvəllər də müdafiə mərkəzində oynamış bir oyunçu kimi Kerrik bu işin öhdəsindən çox yaxşı gəldi. “Uest Hem”in oyunçuları bir nəçə şans əldə etdilər, lakin məhz Kerrik və Fellayni müdafiədə rəqibin hücumlarının qarşısını ustalıqla ala bildilər.

Boss “Çempionlar Liqası”nda “Olimpiakos” üzərində gözəl qələbə və bugünki səfər oyununda qırmızıların uğurlu nəticəsinin üç gün sonra Old Traffordda “Mançester Siti”yə qarşı oynanılacaq derbi matçı üçün komandanın özünə arxayınlığını artıracağına ümid etdiyini dedi:

Heç bir matçın nəticəsini digərinə bağlamaq olmaz, ancaq biz derbi matçına özümüzə tam arxayın çıxıb gözəl oyun sərgiləmək istəyirik. Düşünürəm ki, çərşənbə günü və bugün qazandığımız qələbə bu baxımdam bizə çox kömək olacaq.

Mənbə: manutd.com

0 comments