Tahit Çonq yayda “Yunayted”ə qoşulacaq

Tahit Çonq
Paylaş:

“Feyenoord”un hollandiyalı gənc hücumçusu Tahit Çonq bildirib ki, “Mançester Yunayted”in Akademiyasına qoşulacaq.

16 yaşlı gənc ulduz 10 yaşından etibarən çıxış etdiyi “Feyenoord”u bu yay tərk edəcək. Hücumçu bu haqda öz Instagram və Twitter hesablarında bu haqda məlumat yerləşdrib.

Həm hücumda, həm də meydanın mərkəzində çıxış etməyi bacaran Çonq Akademiyanın yeni rəhbəri olacaq Niki Battın işinə başlayan kimi ilk transferlərindən olacaq.

CaptureJPG

Batt mart ayında demişdi: “Bir neçə yaş qrupunda məndə futbolçular çatmır və biz bunu həll etməliyik. Növbəti mövsüm üçün bizim qarşıdakı həftələrdə yeni gənc futbolçuları heyətimizə qatacayıq. Hər bir digər klublar kimi biz də Avropanın ən yaxşı gənc istedadlılarını heyətimizə qatmaq istəyirik”.


Mənbə: Manchester Evening News

0 comments