Çonq: “Mən “Yunayted”i pula görə seçməmişəm”

Tahit Çonq
Paylaş:

“Feyenoord”un 16 yaşlı yarımmüdafiəçisi Tahit Çonq, hansı ki, çox yaxın günlərdə “Mançester Yunayted”in Akademiyasına qoşulmalıdır, izah edib ki, niyə Rotterdam təmsilçisi ilə müqaviləsini uzatmamaq və İngiltərəyə gəlmək qərarını verdi.

“Mən Akademiyanın komandasında və əlavə olaraq 21 yaşlıların heyətində də çıxış edəcəm. Mən bu klubda artıq bir neçə dəfə olmuşam və gördüklərimdən çox heyran qalmışdım. “Yunayted”də gənc futbolçuların inkişafı üçün yaxşı şərait qurublar və bu mənə qərar verməkdə kömək oldu. Mənim valideynlərim də İngiltərəyə gələcəklər, yəni mən burda da dəstəksiz qalmayacam”.

“Biz “Feyenoord”la mənim müqaviləmi müzakirə etmişik və əlbəttə, mən orada qalamağa hazır idim, çünki ora mənim doğma klubumdur, amma bütün danışıqlar çox dumanlı idi və əgər düzünü desəm, mən daha artığını gözləyirdim. Bundan sonra mən “Mançester Yunayted”lə danışıqlara başladım və nəticədə onları seçdim”.

“Çox insan deyir ki, mən bu seçimi pula görə etdim, amma mən görməmiş adam deyiləm. Sadəcə irəliyə getmək vaxtı gəlib çatdı və mən bu macərəni seçdim”.


Mənbə: Manchester Evening News

0 comments