Joze Mourinyo yay transferləri haqqında

mourinyo
Paylaş:

Joze Mourinyo əmindir ki, Zlatan İbrahimoviç, Erik Bayi və Henrik Mxitaryan transferləri ilə bərabər “Mançester Yunayted” bu yay yaxşı bir transfer pəncərəsi keçirəcək.

Çində “Borussiya Dortmund”la oyun öncəsi təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssisdən Pol Poqba transferi haqqında soruşduqda, o deyib:

“Mən nə təsdiq, nə də inkar edirəm. Bunu deyə bilmərəm. İlk öncə düşünürəm ki, ayrı klubların futbolçuları haqqında danışmaq düzgün deyil. O, bir “Yuventus” oyunçusudur, “Mançester Yunayted” oyunçusu deyil. Bir onu deyə bilərəm ki, mənim heyətim və direktorlar fantastikdirlər, onlara tapşırdığım işin 75 faizini yerinə yetiriblər”.

“Mən onlara dörd futbolçu üçün müraciət etdim, dörd profildə futbolçulara ehtiyacım var idi və mən onlara seçimlər verdim. Belə ki, işin 75 faizi yerinə yetirilib. Avqustun 31-nə qədər bizim sadəcə 25 faiz çatışmazlığımız var. Biz möhtəşəm bir şəraitdəyik və hesab edirəm ki, bu, bizim üçün yaxşı bir transfer bazarlığı olacaq”.

“Biz təmkinliyik. Nə cür oyunçular istədiyimizi bilirik. Planı doldurmaq üçün bizim artıq üç futbolçumuz var və mən əminəm ki, cənab Vudvard və məsul şəxslər mənim yaxşı balans qurmaq üçün istədiyim futbolçunu ala biləcəklər”.


Mənbə: manutd.com

0 comments