Mourinyo futbolçuların vəziyyəti haqqında

mourinyo
Paylaş:

Joze Mourinyo cümə günü “Borussiya Dortmund”la keçiriləcək yoldaşlıq görüşü öncəsi MUTV kanalına verdiyi müsahibədə komanda haqda danışıb və müdafiənin mərkəzində Fil Cons və Erik Bayinin oynayacağını qeyd edib.

Yeni transfer Bayi “Uiqan”la oyunda Deyli Blindlə birgə mərkəz müdafiəsi mövqeyində çıxış etmişdi, amma Mourinyo hazırlıq matçlarında oyunçuları fərqli kombinasiyalarda yoxlamaq üçün istəklidir.

Baş məşqçi MUTV kanalına danışıb:

“Əvvəlki oyunda (Uiqan) mən mərkəz müdafiəçiləri kimi Erik Bayi və Deyli Blindlə oyuna başladım. Sabah mən fərqli şeylər görmək və ən yaxşı nəticə əldə etmək üçün Bayi və Consla başlayacam, amma bu, elə də vacib bir şey deyil”.

Bu gün keçirilən mətbuat konfransı ərzində Tomas Tuxelin Bundesliqa təmsilçisi ilə qarşılaşma haqqında danışan Mourinyo deyib:

“Onlar bundan əvvəl beş matç keçirmiş bir komandadırlar. Onlar məşqlərə bizdən bir neçə həftə əvvəl başlayıblar və onların bizim qədər çox Amerika Kuboku və Avropa Çempionatında oynamış futbolçusu yoxdur. Onların sadəcə 2-3 futbolçusu ola bilər (milli komandalara cəlb olunmuş), onların təxminən bir ay müddətində birlikdə çalışmış bir komandası var və təkrar edirəm ki, beş oyun da keçiriblər. Beləcə, mən fərqli hazırlıq mərhələsində olan iki komanda görəcəyimə güman edirəm, amma bizimçün yaxşıdır, çünki bu, əlavə bir çətinlikdir”.

“Biz mövsüm öncəsi xallar toplamaq üçün bura gəlməmişik, qazanmırsansa, qazanmırsan. Sən komandanın vəziyyətini yaxşılaşdırmağa və oyunçuların yaxşılarını müəyyən etməyə çalışırsan. Məsələn, mən fərqli düzülüşlər və müxtəlif mövqelərdə müxtəlif kombinasiyalarlı, fərqli oyunçular görmək istəyirəm”.


Mənbə: manutd.com

0 comments