“Yunayted” – “Borussiya” oyun sonrası mətbuat konfransı

mourinyo
Paylaş:

Joze Mourinyo etiraf edir ki, “Borussiya Dortmund”un yeni mövsüm öncəsi hazırlıqlarında daha irəlidə olması bugünkü oyunda əsas faktor idi.

Qonzalo Kastro (2), Pyer-Emerik Obameyanq (penalti) və Ousmane Dembelenin baxımlı qolu ilə 4-1 qalib gələn Bundesliqa təmsilçisinin qapısına yalnız komandamızın yeni transferi, “Borussiya”nın keçmiş futbolçusu Henrik Mxitaryan yol tapdı.

Mourinyo bildirib ki, mövsüm öncəsi hazırlıqlarında bu cür nəticələrin alınması önəmli deyil və “Dortmund”un yaxşı formada olması öz sözünü dedi.

“Fikrimcə, mövsüm öncəsi qalib gələn komanda həmişə hazırlıqlarda qabaqcıl mərhələdədir. Həmişə ən yaxşı deyil, irəlidə olan bir komanda. Bu çox aydın görünürdü”.

“Dörd matç keçirmiş bir komanda yalnız bir matç keçirən bir komandaya qarşı idi. Bir neçə ay məşq etmiş bir komanda, biz isə uzağı 15 gündür məşq edirik, bəzi oyunçularımız 3-4 gün əvvəl komandaya qoşulub. Hazırlıq səviyyəsində böyük bir fərq var idi. Heç kim uduzmağı xoşlamır. Bundan məmnun deyilik, amma məmnunuq ki, 90 dəqiqə ayaqlarımız üzərində idik. Fərqli hava şəraitində və çətin rəqiblərlə yarışmaq çox önəmli idi və bu, bizim üçün yaxşı oldu”.

Dortmund komandası ilə oyun sərt bir test idi və almanlar hücum şücaətlərini sərgilədilər.

“Fərqli turlar var. Bəziləri aşağı səviyyəli komandalara qarşı oynamağı və qalib gələrək inamlı olmağı üstün tutur. Bəzən bu inam reallıqdan uzaq olur. “Borussiya Dortmund” kimi bir komanda ilə oynayırsan, hansı ki, bizdən əvvəl hazırlıqlar keçiriblər və Avropada ən yaxşı komandalardan biridirlər, bəlli ki, daha çətindir. Heç kimin məğlubiyyəti sevmədiyi kimi oyunçular da üzgündürlər. Deyə bilərsiniz ki, bu bir problem deyil, amma əslində mən çox çətin bir matç olacağını təxmin etmişdim”.

Bazar ertəsi komanda “Mançester Siti” ilə oynamaq üçün Pekinə səfər edəcək, amma Mourinyo heyəti müəyyən etmək üçün hələ çox iş görməlidi.

“Hazırda mən hələ bir komanda qurmuram”, – deyə Mourinyo vurğulayıb. “Bir neçə oyunçu burada deyil. Biz fərdi oyunu yaxşılaşdırmağa və bu oyunçuları yaxşı formaya gətirməyə çalışırıq. Yeni oyunçular, hamısı, onların oynamaq üçün 45, 70 və ya 90 dəqiqə şansları var. Bu çox-çox önəmlidir və mən bu çalışmaların çox zaman alacağını güman edirəm. Əslində, bu havada yeni mövsüm öncəsi hazırlıqlar keçirmək onlar üçün fərdi olaraq çox yaxşıdır”.


Mənbə: manutd.com

0 comments