Joze Mourinyo ilk Mançester derbisi haqqında

Joze
Paylaş:

Bazar ertəsi keçiriləcək Mançester derbisi haqqında Joze Mourinyonun əsas məqsədi heyətinin oyundan zədəsiz bir şəkildə ayrılması olacaq.

Azarkeşlər anlayır ki, bu, Mourinyonun ilk Mançester derbisidir və “qırmızılar”ın da baş məşqçisi bazar günü keçirilən mətbuat konfransında qeyd edib ki, oyunçuların hazırlıq səviyyəsi prioritet məsələdir.

“Biz mülayim oynamaq, zədəsiz oynamaq və evə qayıdıb növbəti həftə üçün hazırlıqları davam etdirmək istəyirik”, – deyə Joze Mourinyo Pekinin Olimpiya İdmanları Mərkəzi stadionunda baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Düşünürəm ki, “Siti”nin bütün oyunçuları burdadırlar, amma bizim 6, 7, ya da 8 oyunçumuz Avropada qalıb. Mən istəyirəm ki, Mançesterə gedəm, bütün qrupla məşqlərə başlayam, “Lester”lə oyuna qədər “Qalatasaray” və “Everton”la oynayam və Premyer Liqaya ən yaxşı şəkildə hazırlaşmaq üçün çalışmalarımıza davam edəm. Sabah istədiyim nəticə evə itkisiz qayıtmaqdır. Budur istədiyim uğur”.

O, “El Klassiko”da qarşılaşandan bəri bir-birinə rəqib olan məşqçilərin dueli və bazar ertəsi Pep Qvardiola ilə görüşəcəyi ilə bağlı suallara da aydınlıq gətirib.

“Əlbəttə, mən onun əlini sıxacam. Ona və özümə olan bu sualı başa düşmürəm. Biz “Barselona”da üç il birlikdə işləmişik, biz ayrı klublarda rəqib olmuşuq, amma biz peşəkarıq və normal münasibətimiz var. Beləliklə, niyə də biz görüşməyək? Suala başqa bir səbəb görmürəm”.

Plan dəyişildiyi üçün komanda bazar günü səhər Olimpiya İdmanları Mərkəzində məşq edib, hansı ki, pis hava şəraitinin ziyan verdiyi Pekin Milli Stadionunun (Quşlar Yuvası) meydançasında bərpa işləri gedir.

“Biz məyusuq, çünki meydança çox pis vəziyyətdədir. Mövsüm öncəsi oyunçularımın ümumi vəziyyəti nəticələrdən daha önəmlidir. Hazırlıq matçlarında məğlub olmaq mənimçün bir problem deyil. Problem o olar ki, mənim oyunçularım məşq etmək və oynamaq üçün pis vəziyyətdə olar. Məndən soruşsanız ki, oyunda əsas məqsədim nə olacaq, yalnız bir şey deyərəm – hər hansı bir zədə olmadan oyunçularımla evə qayıtmaq”.


Mənbə: manutd.com

0 comments