Mourinyo futbolçuların vəziyyəti haqqında

ll
Paylaş:

Yeni mövsümdə Premyer Liqada ilk matç – “Bornmut” səfəri öncəsi təşkil olunan mətbuat konfransında baş məşqçi Joze Mourinyo ona ünvanlanan sualları cavablandırıb. Onun MUTV kanalına verdiyi müsahibənin əsas hissələrini təqdim edirik.

Heyətin vəziyyəti

Zədəli futbolçumuz yoxdur, amma Pol Poqba və Kris Smollinq cəzalı durumdadırlar. Belə ki, Smollinq FA Kuboku finalında cəzalandırılmışdı və cəza müddəti “Bornmut”la oyundan sonra bitir. Pol Poqba isə ötən mövsüm “Yuventus”la keçirdiyi son matçdan sarı vərəqə cəzalısıdır.

Mourinyonun titul hədəfi

“Biz özümüzü titul qazanmağa bir namizəd kimi hiss edirik. Bilirik ki, digərlərinin də bizim kimi ambisiyaları var. Mövsüm sonunda kimsə çempion olsa, bizdən daha yaxşıdırlar deməkdir, daha güclüdürlər – bu, futboldur. İndiki zamanda “Mançester Yunayted” Futbol Klubu olaraq biz ayrı cür danışa bilmərik. Biz titul üçün döyüşməyə hazırlaşırıq”.

Yanuzay qayıdacaq

Adnan Yanuzayın “Sanderlend”ə icarə əsasında keçidinə münasibət bildirən portuqaliyalı mütəxəssis onun haqqında fərqli danışıb:

“O, mənim planlarıma hazırlanır, hansı ki, bir Premyer Liqa klubuna icarəyə göndərilib. Mən onu inkişaf etdirmək və yaxşı oynamağı üçün bütün şəraitləri yaratmaq istəyirəm. O, məşqçisinin də onu çox sevdiyi, düzgün bir yerdədir. Ümid edirəm, onun üçün hər şey yaxşı olacaq, çünki biz onu geri qaytarmaq istəyirik!”.

Joze ciddi hazırlaşır

Mourinyo son illərdə məyusluq yaşayan azarkeşlərə nə vəd edir?

“Peşəkarlıq. Biz əylənmək və günəşli havadan zövq almaq üçün burda deyilik, biz çalışmaq və klub üçün hər şeyi vermək üçün burdayıq”.

Komandanı çətin sınaq gözləyir

Mourinyo ötən mövsümü yaxşı keçirən “Bornmut” üçün stabilliyin əsas açar keyfiyyət olduğunu qeyd edib:

“Onlar eyni məşqçi və Çempionşipdən birlikdə gələn eyni oyunçulara sahibdirlər və oyun üslublarını dəyişməyiblər. Yaxşı bir stabil komandadırlar və bizim üçün çətin bir matç yaradacaqlar”.


Mənbə: manutd.com

0 comments