Təqvimdə bəzi dəyişikliklər edilib

premyer liqa
Paylaş:

“Mançester Yunayted”in oktyabr və noyabr aylarında keçirəcəyi Premyer Liqa matçları Birləşmiş Krallıqda canlı yayıma uyğunlaşdırılmaq məqsədilə tarix dəyişikliyinə gedib.

Avropa Liqasında iştirak edəcəyinə görə, komandamızın “Suonsi” və “Vest Hem”ə qarşı oyunları bazar günlərinə təyin olunub. “Stok Siti” ilə oyun da 2 oktyabr, bazar gününə dəyişdirilib, bu oyunu BT Sport kanalı canlı yayımlayacaq. Buna qədər 2 ayda olan oyunları isə Sky Sports yayımlamalıdır.

Enfild səfəri 17 oktyabr, bazar ertəsinə dəyişdirilib. Bu oyunun ardınca isə bazar günü, 23 oktyabrda komandamız “Çelsi”nin qonağı olacaq. “Arsenal”la ev oyunumuz isə 19 noyabr, şənbə gününə təsadüf edəcək.

Təqvim dəyişiklikləri: (Bakı vaxtı ilə)

“Mançester Yunayted” v “Stok Siti”, bazar günü, 2 oktyabr, 15:00 (BT Sport)
“Liverpul” v “Mançester Yunayted”, bazar ertəsi, 17 oktyabr, 23:00 (Sky Sports)
“Çelsi” v “Mançester Yunayted”, bazar günü, 23 oktyabr, 19:00 (Sky Sports)
“Suonsi Siti” v “Mançester Yunayted”, bazar günü, 6 noyabr, 19:00
“Mançester Yunayted” v “Arsenal”, şənbə, 19 noyabr, 16:30 (Sky Sports)
“Mançester Yunayted” v “Vest Hem” , bazar günü, 27 noyabr, 20:30.


Mənbə: manutd.com

0 comments