Boss: “Memfisə inanıram”

mourinyo
Paylaş:

Joze Mourinyo “Bornmut”la oyun öncəsi mətbuat konfransında ilk mövsümünü uğursuz keçirən hollandiyalı vinger Memfis Depay haqqında da danışıb və ona böyük ümidlər bəslədiyini bildirib.

Superkubok matçında (Lester 1-2 Yunayted) heyətdə yer almamasına baxmayaraq, portuqaliyalı mütəxəssis 22 yaşlı oyunçunun “Yunayted”in yeni dönəmində komandanın önəmli bir parçası olacağından kifayət qədər inamlıdır.

“Ötən mövsüm Memfis müzakirə obyekti olanda mən onun haqqında heç nə demirdim. Onu bilirəm ki, 2014 Dünya Çempionatında və PSV-nin heyətində dəfələrlə izlədiyim oyunçudur. Bunu nəzərə alaraq, biz onu saxlamaq istəyirik və mən onun uğurlu olması üçün əlimdən gələni etmək istəyirəm”.

“İndiyə qədər mən yaxşı və peşəkar bir oğlan görmüşəm. Siz onu gözəl bir maşın sürərkən görə bilərsiz və fikirləşərsiz ki, bu oğlan futbol haqda düşünmür, amma bu, belə deyil. Oğlan futbol haqda çox düşünür və əziyyət çəkir, çünki ötən mövsüm o, istənilən kimi olmadı, amma o qayıdacaq”.

Unutmayaq ki, “Yunayted” mövsüm öncəsi 3 həftəlik bir müddətdə sadəcə 5 oyun keçirib və bəzi oyunçularımızın özlərini ifadə etmək imkanları olmaya bilər. Boss bütün narahatlıqların qarşıdakı həftələrdə aradan qaldırılacağını qeyd edib.

“Oyunçuların oynayarkən özlərini xoşbəxt hiss etməsi təbiidir. Sentyabr ayı Liqa Kubokunda, Avropa Liqasında və Premyer Liqada oyunlarımız var, yəni sentyabr bu oyunçular üçün məyusluğun sonu olacaq. Bu aylarda hər kəs oynamaq imkanı tapacaq və mən hələ də Memfisə inanıram”.


Mənbə: manutd.com

0 comments