“Bornmut” – “Yunayted”: oyun sonrası mətbuat konfransı

Joze
Paylaş:

Joze Mourinyo bu gün “Bornmut” üzərində 3-1 hesablı qələbənin ardından MUTV kanalına müsahibə verib. Müsahibənin əsas hissələrini təqdim edirik.

“Nədən məmnunam? Hər şeydən”

“3 xal, bizim hücum futbolumuzun keyfiyyəti, nəzarətimizin keyfiyyəti, müdafiə keyfiyyətimiz – biz çox kompakt idik. Bu, çox çətin bir rəqibə qarşı 3 xaldır və mən düşünürəm ki, bizim qalibiyyətə layiq olmağımıza şübhə ola bilməz”.

Matanın açılış qolu önəmli idi

“Bir qol oyunun şəklini dəyişir, hansı ki, onlar ikinci hissənin əvvəllərində bizə daha çox təzyiq edirdilər, bu da çox boşluqlar yaradırdı. Açılış qolu həmişə önəmlidir – oyunu qazanmaq anlamına gəlmir, amma oyunçuları fizioloji baxımdan inamlı edir və komanda ikinci hissədə daha yaxşı oynaya bilir”.

Bir səhv, bir qol

“Bu, Premyer Liqadır və bir səhv cəzalanmaq deməkdir. Onlar fərqlənəndə mən oyuna daha yaxşı nəzarət etmək üçün dəyişikliklər etdim. Əgər onlar hesabı 3-2 etsəydilər, biz son dəqiqələrdə kabus yaşaya bilərdik, buna görə də nəzarət etməli idim – amma bu da (oyuna nəzarət) bizim üçün bir təcrübə oldu”.

Oyunçular yaxşı oynadılar

“Bayi və Deyli əla oynadılar, yarımmüdafiə oyunçuları da bir-biri ilə inanılmaz anlaşırdılar. Fellayni ilə hiss edirəm ki, azarkeşlər onu çox da sevmir. Amma o, indi oynadığı kimi oynayırsa, onu sevməlidirlər, çünki o, bizim üçün çox önəmli olur”.

İrəliyə baxmaq

“Mən, doğrudan da, xoşbəxtəm. Bu sadəcə başlanğıcdır, bizim hər gün artırmağa ehtiyacımız var. Amma biz qələbə qazandıq və bu, çox önəmli bir şeydir”.


Mənbə: manutd.com

0 comments