Mourinyo titul siyahısının zirvəsində

məşqçilər
Paylaş:

Bu mövsüm İngiltərə Premyer Liqasında bir sıra titullu və yüksək nüfuzlu baş məşqçilər yarışacaq. 20 Premyer Liqa klubu məşqçiləri içərisində ən titullusu “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyodur.

Klubun saytı hazırda Premyer Liqada çalışan məşqçilərin karyeralarını nəzərdən keçirib və ən titullularını qeyd edib. Joze Mourinyo 21 titulla siyahıya başçılıq edir. 2003-cü ildən “Porto” ilə Portuqaliya çempionu olandan, sonuncu dəfə “Lester Siti” üzərində qələbə qazanaraq İngiltərə Superkubokunu da başı üzərinə qaldırmaqla birlikdə portuqaliyalı mütəxəssis karyerası ərzində ümumilikdə 21 titul qazanıb.

Mourinyonun titul kabinetinə “Porto” və “İnter”lə qazanılan 2 Çempionlar Liqası, eləcə də, “Real Madrid”lə LaLiqa və “Çelsi” ilə Premyer Liqa çempionluqları da daxildir.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə 2008-ci ildən bəri “Barselona”, 2013-cü ildən isə “Bavariya”da çalışarkən ümumilikdə 20 titul qazanıb və siyahıda 2-ci pillədədir.

“Arsenal” ilə 21-ci mövsümünə başlayan 66 yaşlı Arsen Venger Fransa (Nansi, Monako), Yaponiya (Naqoya Qrampus) və İngiltərədə çalışdığı illərdə ümumilikdə 19 dəfə baş mükafatları qazanmağı bacarıb.

İlk beşliyi müvafiq olaraq öz ölkələrində (İspaniya, Hollandiya) qazandıqları titullarla birlikdə “Lester”in baş məşqçisi Klaudio Ranyeri (10) və “Everton”un yeni çalışdırıcısı Ronald Kuman (8) tamamlayır.

Premyer Liqada çalışan baş məşqçilərin qazandıqları titul sayına görə sıralaması belədir:

*Sıra nömrəsi – Baş məşqçi – Titul sayı

1. Joze Mourinyo – 21

2. Pep Qvardiola – 20

3. Arsen Venger – 19

4. Klaudio Ranyeri – 10

5. Ronald Kuman – 8

6. Antonio Konte – 6

7. Yürgen Klopp – 5

8. Françesko Quodolin – 3

9. Klaude Puel – 2

10. Devid Moyes – 2

11. Maurisyo Poçettino – 2

12. Sin Dayç – 1

13. Eddi Houe – 1

14. Uolter Matsarri – 1

15. Alan Pardyu – 1

Qeyd: Digər 5 məşqçi məşqçilik karyeraları ərzində heç bir titul qazanmadıqları üçün siyahıda yer almayıblar.


Mənbə: manutd.com

0 comments