Mourinyo futbolçuların vəziyyəti haqqında

ll
Paylaş:

Joze Mourinyo Premyer Liqanın ikinci turunda “Old Trafford”da “Sauthempton”la oyun öncəsi keçirilən mətbuat konfransında komandanın vəziyyəti haqqında məlumatları jurnalistlərin diqqətinə çatdırıb.

MUTV kanalına müsahibə verən Mourinyo bildirib ki, Pol Poqba oynamağa hazırdır və bu gün klubda 4 il yarım fasilədən sonra ikinci dəfə debüt edəcək.

“O, oynamaq üçün hazır vəziyyətdədir. Biz “Lester”ə qarşı ondan daha az məşq etmiş futbolçularla oynadıq və biz bu prosesi sürətləndirmək, onları təkmilləşdirmək üçün həmin matça bir səbəb kimi baxırıq. Poqba ilə də eyni şeydir, yəni mövsüm öncəsi hər hansı bir matç və ya yoldaşlıq görüşü keçirməyib, amma təxminən 2 həftədir ki, bizimlə məşqlər edir. Bəzən qrupla, bəzən də fərdi məşqlər edib və onun vəziyyəti bir neçə dəqiqə oynamaq və bu prosesi sürətləndirmək üçün uyğundur”.

Bundan əlavə, Kris Smollinqin də artıq bu gün cəzası bitir və meydana çıxa bilər. Ötən həftə “Bornmut” səfərinə aparılmayan Cessi Linqard da yenidən komandanın düşərgəsinə qoşulub və oynamağa hazırdır.


Mənbə: manutd.com

0 comments