Poqbanın xəyallarına Mourinyonun münasibəti

mourinyo
Paylaş:

Pol Poqbanın dünyanın ən yaxşısı olmaq xəyallarına münasibət bildirən Joze Mourinyo onun öz mövqeyində dünyanın ən yaxşısı ola biləcəyini söyləyib.

Poqbanı yenidən “Mançester Yunayted”ə gətirməzdən əvvəl ser Aleks Ferqyusonla bu haqda söhbət elədiyini və ondan da müsbət rəy aldığını bildirən Mourinyo deyib:

“Ser Aleks və mən onun haqqında bir neçə ideyanı müzakirə etdik və anladım ki, klub və onun özü Poqbanı “Yunayted”də saxlamaq üçün hər şey ediblər, amma qərar ayrı şəxslər tərəfindən verilib”.

“Düşünürəm ki, klubun bizim nələr etdiyimizdən narahat olmaması çox önəmlidir. İtirdiyin oyunçunu qaytarmaq şansın olanda bu şansdan istifadə etmirsənsə, onu sadəcə itirmiş sayılırsan. Bir səhv eləmisən, nə üçün ikinci dəfə səhv edəsən? Bir dəfə səhv eləmişik və indi Poqba qayıdıb, mən də bundan çox şadam”.

Poqbanın dünyanın ən yaxşısı olmaq ambisiyalarına da münasibət bildirən Joze Mourinyo maraqlı danışaraq, bunun reallıqdan uzaq olduğunu deyib:

“O, dünyanın ən yaxşısı ola bilərmi? Dünyanın ən yaxşı futbolçuları haqda danışanda ən çox qol vuranlar yada düşür. Poqba Messi və Ronaldo qədər qollar vura bilərmi? Düşünmürəm ki, mövsümə 20 qol vura, amma o ən yaxşı yarımmüdafiəçilərdən biridir, bəlkə də ən yaxşısı”.

Bu gün “Sauthempton”la oyunda Poqbadan olan gözləntilərə də öz münasibətini bildirən Mourinyo bu mövzuda hamını təmkinli olmağa çağırıb:

“Mən onun ilk toxunuşda 5 nəfəri aldadacağını və ya möhtəşəm bir qol vuracağını gözləmirəm – mən onun ötürmələr üçün yaxşı bir seçim olacağını gözləyirəm. Mən ondan oyunun axıcı olmasına kömək edəcək, sadə bir əlavə olmasını istəyirəm. Düşünmürəm ki, o, ilk oyunun təsirindən narahatdır. Mən onu çox mülayim, çox rahat və öz roluna uyğunlaşmış ulduz bir oyunçu kimi görmüşəm. Yəni məncə, bu, bir şok təsir deyil, bu, komandanın təbii təkmilləşməsidir, çünki o, super bir futbolçudur”.


Mənbə: manutd.com

0 comments