“Yunayted” – “Sauthempton”: oyun sonrası mətbuat konfransı

mourinyo
Paylaş:

“Sauthemton” üzərində 2-0 hesablı qələbə ilə yekunlaşan matçın ardından Joze Mourinyo MUTV kanalına müsahibə verib. Müsahibənin əsas hissələrini təqdim edirik.

Bu bir komanda zəhməti idi

“Mən çox şadam. 90 dəqiqə istədiyimiz kimi oynaya bilmədiyimizi bilirəm. O cür tempdə bir oyunu 90 dəqiqə oynamaq mümkünsüz idi. Bir çox anlarda, uzun bir müddət biz hücumameyilli oynadıq, istədiyimiz kimi. Müdafiədə də 6-7-8 yox, 10 nəfərlə çox sağlam oynadıq. Bu, bir kollektivin zəhməti idi və mən oğlanlardan çox razıyam”.

Poqba uzun müddət meydanda oldu

“O, əlavə vaxtda da oynaya bilərdi. O, fenomenal idi və komandanın, oyunu izləyənlərin əhatəsində oynadı. Fellayni də yaxşı idi. Vingerlər də boşluqlara yaxın oynadılar. Komandanın təşkilindən çox razı qaldım. Həm fərdi, həm də komanda olaraq hər şey mükəmməl idi, Poqba çox şey etməyə çalışdı. Düşünəndə ki, o artıq dayanıqlılıq və topa nəzarəti yavaş-yavaş itirir, Ander Erreranı müdafiəyə yaxın olması üçün meydana buraxdım”.

Zlatan iş başında 

“O, qol vurmasa belə, komandaya qatqısı olacaq, çünki hər həftə qol vura bilməz. Onun topu ələ keçirməyi, hədəfə zərbə vurması komandaya stabillik qatır, düşünürəm ki, o, yenidən çox yaxşıdır”.

Müdafiəçilər heyrətamiz idilər

“Şou və Valensiya topla olanda hücumameyilli oynadılar, müdafiədə də çox yaxşı idilər. Onlara hər zaman rəqiblərdən daha yaxın oynayan vingerlərimiz də çox yaxşı dəstək verdilər”.

Mançesterə uyğunlaşmaq

“Mən tamamilə evdəki kimi hiss etdim. Bilirəm ki, mən çox yaxşı adam deyiləm, gülümsəmirəm, çılğın olmuram, amma bu mənim təbiətimdə yoxdur. Paltardəyişmə otağını tərk edirəmsə, oyunuma daxil oluram”.


Mənbə: manutd.com

0 comments