Zlatan 91 ilin rekordunu yeniləyə bilər

ib
Paylaş:

Zlatan İbrahimoviç “Mançester Yunayted”lə keçirdiyi 3 rəsmi matçın hər birində qol vurmağı bacarıb və şənbə günü “Hall Siti” ilə oyunda da fərqlənə bilsə, 91 ildir klubda yenilənə bilməyən – 4 ardıcıl matçda qol vurmaq kimi bir rekorda şərik olacaq.

Yay transfer pəncərəsində komandamıza qoşulan isveçli super ulduz “Mançester Yunayted” forması ilə meydana çıxdığı 3 rəsmi matçın hamısında – “Lester”, “Bornmut” və “Sauthempton”la oyunlarda rəqiblərin torunu silkələyə bilib. Klubun saytı ardıcıl oyunlarda fərqlənmiş digər oyunçuları nəzərdən keçirib. Həmin statistik məlumatları sizlərə təqdim edirik.

Əvvəlcə, ilk 3 matçında fərqlənməyi bacaran oyunçuları sadalayaq:

Axırıncı dəfə bu göstəriciyə nail olan futbolçu İan Storey-Muur olub. Belə ki, Storey-Muur 1972-ci ilin mart-aprel aylarında ardıcıl keçirilən “Hadersfild”, “Kristal Pelas” və “Koventri Siti” ilə oyunların hamısında qol vurmağa müvəffəq olmuşdu.

Daha əvvəl isə bu göstəriciyə Aleks Douson (1956-57), Eddi Levis (1952-53), Ted Bakl (1946-47), Cek Boll (1929-30), Cimmi Henson (1924-25), Corc Millar (1894-95) və Bob Donaldson (1892-93) nail olub.

Ardıcıl 4 matçda fərqlənə bilən yeganə futbolçu isə Cimmi Hensondur. 1925-26 mövsümündə komandamızın ardıcıl 4 matçında qol vura bilən bu futbolçunun rekordu indiyədək heç bir “Yunayted” futbolçusu tərəfindən yenilənməyib. Amma İbrahimoviç “Hall Siti” səfərində də qol vura bilsə, o zaman Cimmi Hensonun 91 illik rekordunu yeniləmiş olacaq və adını klubun tarixinə bir rekordçu kimi də yazdıracaq. Uğurlar, Zlatan!


Mənbə: manutd.com

0 comments