Mourinyo futbolçuların vəziyyəti haqqında

mourinyo
Paylaş:

Bu gün Aon məşq kompleksində “Hall Siti” səfəri öncəsi baş tutan mətbuat konfrasında Joze Mourinyo bir sıra məsələlər haqqında danışıb.

Avropa Liqasının qrup mərhələsindəki rəqiblər, transfer yenilikləri və “Hall Siti”nin baş məşqçisi Mayk Felan və s. məsələlər haqqında danışan Boss deyib:

“Qrupumuz bir Çempionlar Liqası qrupuna çox bənzəyir, belə də, bu yaxşıdır. Bilirik ki, çətin bir qrup olacaq, ancaq mən düşünürəm ki, bu, yaxşı bir şeydir. Bu, oyunçular və azarkeşlər üçün yaxşıdır, çünki motivasiya olunmağa kömək edəcək. Bu, həmçinin, bir yarışma üçün də yaxşıdır, Çempionlar Liqası kimi cəlbedici olmasa da. “Mançester Yunayted” kimi bir komandaya sahib olmaq, “Feyenoord” və “Fənərbağça” kimi komandalara qarşı oynamaq, mənim Ukrayna klubu (Zarya) və onların keyfiyyəti haqqında məlumatım olmasa da – bunlar bizimçün yaxşıdır”.

Mourinyo yay transfer pəncərəsində başqa bir önəmli transfer(lər)in edilməyəcəyinə də diqqət çəkib:

“Mənim 23 nəfərlik heyətim var və heç kim getmir, nə də ki, gəlir. 23 oyunçu kifayət edir, amma bir problem və ya bir fürsət olarsa, mən Akademiya oyunçularına da şans verəcəyəm. Bu da daha çox məni sevindirəcək, çünki onların inkişafına təkan verməyə köməklik etmiş olacam. Kameron Bortvik-Ceksonu çox bəyənirəm, amma o, oynamaq üçün “Vulverhempton”a gedəcək, çünki mənim müdafiənin sol cinahında oynayan Lyuk Şou, Markos Roho və Deyli Blindim var. Bu, hər klubun verə biləcəyi qərarlardan biridir. Məncə, çox sakit bir həftə keçirəcəyik, kiminsə gəlişini və ya gedişini gözləyən helikopterlərlə əhatələnməyəcəyik – mən hazırkı heyətimdən çox razıyam”.

Bundan əlavə, Joze Mourinyo gənc vinger Andreas Perreyranın “Qranada”ya icarə əsasında göndəriləcəyini də qeyd edib.

“Yunayted”in keçmiş futbolçusu, hazırda “Hall Siti”də müvəqqəti baş məşçilik postunda olan Mayk Felan haqqında da danışan Mourinyo rəqibinə olan hörmətini ifadə edib:

“Mən onun işə keçəcəyinə (baş məşqçi), amma matçı məğlub olacağına ümid edirəm! Qələbə qazanması və ya məğlub olmasına görə məşqçi seçilməsi ədalətli deyil. Düşünürəm ki, o, çox dəyərli təcrübələri ilə İngiltərədə çalışan ən uğurlu köməkçi məşqçilərdən biridir. Stiv Bryusun sağ qolu kimi önəmli olandan sonra o artıq iş görür və insanları, komandasını təşkil edir. Mən düşünürəm ki, o, işinə layiqdir”.

Premyer Liqada titul yarışı haqqında suallara da cavab verən portuqal mütəxəssis deyib:

“Fikrimcə, çempionatı qazanmaq üçün daha çox xallara ehtiyac var, çünki yüksək səviyyəli komandaların bir çoxu ötən mövsüm pis çıxış etdilər, hansı ki, bu da çempionatın gözəlliyi üçün möhtəşəm idi. Düşünürəm ki, böyük komandalar bu il normal vəziyyətə qayıdacaqlar, amma onlardan yalnız biri qalib ola bilər”.


Mənbə: manutd.com

0 comments