“Qranada” Andreas Pereyranı icarəyə götürdü

Andreas Pereyra
Paylaş:

“Mançester Yunayted”in gənc Akademiya yetirməsi Andreas Pereyra bir mövsümlük icarə əsasında Laliqa təmsilçisi “Qranada” klubunda çıxış edəcək.

Braziliya U-23 komandasının üzvü 2016-17 mövsümünü Avropanın ən yaxşı çempionatlarından biri olan İspaniya Laliqasında keçirəcək və Pako Xemezin komandasında əsas heyətdə yer almaqla öz təcrübəsini artıracaq.

Lui van Qalın başçılığı altında 13 rəsmi matçda iştirak edən gənc vinger yeni mövsüm öncəsi “Uiqan”la hazırlıq matçında baxımlı bir qol vurmuşdu.

Bu gün keçirilən mətbuat konfransında Joze Mourinyo deyib:

“Mən bir oyunçu kimi Perreyranı sevirəm və onun mənim komandamda olmasını sevərdim. Amma o, “Qranada”ya gedəcək”.

“Qranada” artıq “Çelsi”dən Jeremi Boci və Viktorien Anbeni, “Arsenal”dan isə Con Toralı da icarə əsasında rənglərinə bağlayıb.

Gənc oyunçumuza yeni mövsümdə uğurlar arzulayırıq.


Mənbə: manutd.com

0 comments