Avropa Liqasındakı rəqiblər və təqvim

avroliqa
Paylaş:

Bu gün Monako şəhərində keçirilən Avroliqanın püşkatma mərasimində bəlli oldu ki, “Mançester Yunayted” bu mövsüm Avropanın ən nüfuzlu ikinci klub turnirində “Fənərbağça”, “Feyenoord” və “Zarya Luqansk” komandaları ilə birlikdə A qrupunda mübarizəyə başlayacaq.

Klubun saytı qrup mərhələsindəki rəqibləri gözdən keçirib. Beləliklə, rəqiblər və təqvim haqqında məlumatları sizlərə təqdim edirik.

“Fənərbağça” ötən mövsüm Türkiyə Superliqasını ikinci pullədə başa vurub və təsnifat mərhələsində “Qrasşoppers”i iki oyunun nəticəsinə görə 5-0 hesabı ilə məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb. Ötən il “Mançester Yunayted”dən Türkiyə təmsilçisinə keçən Robin van Persi isə komandanın ulduz hücumçusudur.

“Feyenoord” isə Hollandiya çempionatını çempion “PSV”dən 21 xal geridə – üçüncü pillədə bitirib. Rotterdam klubunun baş məşqçisi Giovanni van Bronkhorstdur və onun heyətində keçmiş “Liverpul” futbolçuları olan Dirk Kuyt və Bred Cons da yer alıblar.

“Zarya Luqansk” əvvəllər heç vaxt “Yunayted”lə qarşılaşmayıb və çempionatın ən kiçik klublarından biridir. Ukrayna çempionatını dördüncü pillədə bitirən Luqansk təmsilçisi çempion “Dinamo Kiyev”dən 22 xal geridə qalıb. Komandanı 2011-ci ilin noyabrından Yuri Vernidub çalışdırır.

Qrup matçlarımızın təqvimi: (Bakı vaxtı ilə)

15 sentyabr, 21:00/ “Feyenoord” v “Yunayted”

29 sentyabr, 23:05/ “Yunayted” v “Zarya”

20 oktyabr, 23:05/ “Yunayted” v “Fənərbağça”

3 noyabr, 21:00/ “Fənərbağça” v “Yunayted”

24 noyabr, 23:05/ “Yunayted” v “Feyenoord”

8 dekabr, 21:00/ “Zarya” v “Yunayted”


Mənbə: manutd.com

0 comments