Pereyra: “Mourinyo van Qal kimi deyil”

Andreas Pereyra
Paylaş:

Bu yaxınlarda “Qranada”ya icarəyə göndərilən “Mançester Yunayted”in yarımmüdafiəçisi Andreas Pereyra keçmiş məşqçisi Lui van Qalı yeni çalışdırıcı Joze Mourinyo ilə müqayisə edib.

“Əlbəttə, son mövsümə görə təəssüf edirəm. Hər bir futbolçu oynamaq istəyir və mən demək olar ki, oynamadığıma görə çox təəssüflənmişdim. Mən məşqçiyə inanırdım, amma heç bir dəyişiklik olmadı. Bu, həyatdır və bundan ibrət alacam”.

“İndi hər şey başqa cürdür. Mən Mourinyo ilə söhbət etdim və o, mənlə çox səmimi idi, bu, mənim xoşuma gəldi. Ola bilsin ki, van Qal da səmimi idi, amma mövsüm ərzində çox şey dəyişildi. Mən deyə bilmərəm ki, o, pis məşqçi idi, əksinə, çox yaxşı məşqçi idi, amma mənə verdiyi sözü tuta bilmədi”.

“İndi “Yunayted”də çox şey dəyişilib, çox sayda yeni simalar gəlib və hamı özünü daha xoşbəxt və sərbəst hiss edir. Keçən mövsümlə müqayisədə komandada daha yaxşı atmosfer var”.

“Mən çoxdandır ki, oynamırdım, amma indi mənim oynamaq üçün “Qranada” ilə yaxşı fürsətim var. Ümid edirəm ki, bu mövsüm mənim üçün uğurlu alınacaq”.


Mənbə: Manchester Evening News

0 comments