Xuan Mata: “Derbinin nə qədər önəmli olduğunu bilirik”

xuan mata
Paylaş:

Xuan Mata mövsüm ərzində hər həftənin bazar ertəsi öz şəxsi bloqunda həftəboyu meydanda və meydandan kənarda baş verənlər haqda yazır.

Bugünkü bloqunda milli komandası ilə Dünya Çempionatı seçmə mərhələsində Lixtenşteynlə matç və şənbə günü baş tutacaq mövsümün ilk Mançester derbisi haqda yazıb.

“Hamıya salam! Bu dəfə sizə İspaniyanın şimalında gözəl bir qəsəbə – Leondan yazıram, mənim evim olan Asturiasa yaxın bir yerdir. Bildiyiniz kimi, bu bazar ertəsi biz Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində ilk oyunumuzu keçirəcəyik, həm komanda, həm də azarkeşlər çox həyəcanlıdır. Cümə axşamı biz Brüsseldə Belçika millisi ilə yoldaşlıq oyunu oynadıq və komanda çox yaxşı çıxış etdi. Düşünürəm ki, biz xarakter sərgilədik və matçdan əvvəl üzərində çalışdığımız bütün ideyaları tətbiq etməyi bacardıq. Hər şey sadəcə mükəmməl idi”.

“Çox vaxt siz həm “Mançester Yunayted”də, həm də burada olan komanda atmosferi haqqında soruşursunuz. Misalçün, İspaniya ilə biz bazar günü Madriddən qatarla Leona yola düşdük və səyahət hər zamankı kimi idi. Bəzi oğlanlar bir-biriləri ilə onlayn video oyunlar oynayırdı, bəziləri dayanmadan kart oynayır, bir neçəsi filmlərə və ya seriallara baxır, qalanları da ya söhbət edirlər, ya kitab oxuyurlar, ya da mürgüləyirlər. Belə vaxtlarda yatarsansa, komanda yoldaşların sənin şəklini çəkib sosial şəbəkələrdə paylaşa bilər, ona görə də gözlərini açıq tutmalısan! Bizim yolçuluq belə idi”.

“Milli komandalar üçün ayrılan fasilədən sonra bir oyun var ki, hamınızın səbirsizliklə gözlədiyinə əminəm – Mançester derbisi. Hamımız bunun çox xüsusi bir oyun olduğunun fərqindəyik, hər birimiz başa düşməliyik ki, nəticədə 3 xal var və dəlilik etmək olmaz. Hər iki komanda Premyer Liqaya çox yaxşı başlayıb və gözləntilər böyükdür, hamı bunu təxmin edə bilər. Milli komandanın oyununa köklənməyimizə baxmayaraq, De Hea ilə mən bir neçə gündür Nolito və Silva ilə zarafatlar edirik. Daha sonra bizim bu həyəcanlı derbi haqqında düşünməyə çox vaxtımız olacaq. Gözəl bir həftə diləyi ilə, hələlik!”.


Mənbə: manutd.com

0 comments