“Old Trafford”da baş tutan Premyer Liqa derbiləri

Şənbə günü keçiriləcək “Mançester Yunayted” – “Mançester Siti” matçı Premyer Liqa çərçivəsində “Old Trafford”da baş tutan 20-ci Mançester derbisi olacaq. Buna qədər keçirilən 19 əvvəlki derbidən 7 önəmli faktı təqdim edirik.
“Old Trafford”da baş tutan son derbi
Eyni şəhərin rəqibləri “Old Trafford”da axırıncı dəfə ötən ilin noyabrında üz-üzə gəlmişdilər. Elə də maraqlı keçməyən matçda Cessi Linqard hesabı açmağa yaxın olsa da, onun Co Hartın üzərindən aşırma istəyi qapı dirəyinə tuş gəlmişdi və tərəflər hərəyə 1 xalla kifayətlənməli olmuşdular.
“Old Trafford”da baş tutan ilk Premyer Liqa derbisi
“Siti”yə qarşı ilk Premyer Liqa matçı 1992-ci ildə baş tutub. Pol İns və Mark Hyuzun qolları ilə 2-1 qalib gələn komandamız həmin mövsüm Premyer Liqa çempionu olmağı bacarmışdı.
Ən unudulmaz derbi
2009-10 mövsümündə keçirilən derbinin 96-cı dəqiqəsində Maykl Ouenin fərqlənməsi ilə 4-3 qələbə və 1994-95 mövsümündə baş tutan 5-o kimi darmadağınlar ən unudulmaz oyunlar sırasındadır.
“Old Trafford”da ən çox fərqlənənlər
4 futbolçu var ki, indiyədək evdə keçirdiyimiz Premyer Liqa derbilərində 3 qol vurublar. Bu kvartetə Andrey Kançelskis, Erik Kantona, Pol Skoulz və Ueyn Runi aiddirlər. Sonuncu hazırda yeganə futbolçudur ki, bu rəqəmi 4 və ya daha yüksəyə çatdıra bilər.
Qırmızı vərəqə alaraq meydanı tərk edənlər
Mançester derbiləri hər dəfə yüksək təzyiq və emosionallıqla keçib. Premyer Liqa çərçivəsində yalnız 3 futbolçumuz – Roy Kin, Alan Smit və Conni Evans “Old Trafford”da keçirilən Mançester derbilərində qırmızı vərəqə alıblar.
İndiyədək stadiona gələn tamaşaçı sayı
Premyer Liqa qurulandan bəri “Xəyalların Teatrı”nda keçirilən Mançester derbilərində 1 milyondan çox tamaşaçı oyunları tribunadan izləyib. Ən son statistikaya görə, ümumilikdə 1.252.252 tamaşaçı derbiləri birbaşa stadiondan izləyib.
“Old Trafford”da baş tutan PL derbilərinin statistikası
19 matç: 10 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət
Mənbə: manutd.com
0 comments