Mourinyo futbolçuların vəziyyəti haqqında

mourinyo
Paylaş:

Şənbə günü (sabah) Premyer Liqanın 4-cü turu çərçivəsində “Old Trafford”da keçiriləcək Mançester derbisi öncəsi Joze Mourinyo mətbuat konfransı keçirib. Onun jurnalistlərə verdiyi müsahibənin əsas hissələrini təqdim edirik.

“Bütün oyunçular oynamağa hazırdırlar. Mxitaryan da oynamağa uyğun vəziyyətdədir. Mən demirəm o, 90 dəqiqə oynaya bilər, amma bizə kömək etməyə hazırdır”.

“Hamı oyuna hazır vəziyyətdədir. Bütün həftəni burada çalışmalar edə bilməsək də, hər kəs millisinin düşərgəsindən zədəsiz qayıdıb və hamı da hazırdır və təbii ki, oynamaq istəyirlər”.

“Antonio birbaşa Madridə, sonra oradan Londona, ordan da Mançesterə uçub. Roho və Romero da o cümlədən”.

“Onlar Venesuelada oynayıblar və sonra Argentinaya gediblər, sonra Avropaya qayıdıblar, amma onlar bu gün səhər (dünən) məşqlərə qayıdıblar”.

Dünyanın ən maraqla gözlənilən oyunlarından biridir

“Biz yaxşıyıq. Matça hazırıq və gözləyirik”.


Mənbə: manutd.com

0 comments