Şou Hollandiyadakı oyunu buraxa bilər

Lyuk Şou
Paylaş:

Manchester Evening News “Mançester Siti” ilə derbi oyununda Lyuk Şounun dizaltı vətərlərindən aldığı zədədən sonra “Feyenoord”la oyunda iştirak etməsi sual altında qalıb.

21 yaşlı ingilis futbolçu “Siti” ilə oyunun ikinci hissəsində əvəzləndi və indi məşqçilər heyəti onun vəziyyətini tam olaraq qiymətləndirməlidirlər və ondan sonra Hollandiyaya aparacağı heyəti seçməlidirlər.

Çox güman ki, Şou Avroliqa qarşılaşmasını buraxacaq, amma bazar günü “Uotford”la səfər oyununda iştirak edə bilər.

Xatırladaq ki, Şounun derbidədə iştirakı şübhəli idi, çünki millinin heyətində olarkən təcili olaraq geri qaytarılmışdı.


Mənbə: Manchester Evening News

0 comments