Mourinyo Rotterdama 20 futbolçu aparıb

Joze Mourinyo
Paylaş:

Joze Mourinyo “Mançester Yunayted”in Avroliqada “Feyenoord”la ilk qarşılaşması üçün Rotterdama 20 futbolçu aparıb.

Hollandiyaya yollanan futbolçuların siyahısı aşağıdakılardı:

De Hea, Romero, Constoun; Darmian, Bayi, Blind, Fosu-Mensa, Roho, Smollinq; Kerrik, Fellaini, Errera, Mata, Memfis, Poqba, Şnayderlin, Yanq; İbrahimoviç, Marsial, Reşford.

“Yunayted” sabah axşam Avroliqa turnirinə “De Kuip” stadionunda start verəcək. Hər iki klub tarixləri ərzində üçüncü dəfə qarşılaşacaqlar. Bundan əvvəlki iki qarşılaşma 1997-1998-ci il Çempionlar Liqasının qrup mərhələsində olmuşdu və “Yunayted” həm evdə, həm də səfərdə rəqibinə qalib gəlmişdi. Amma hazırda “Feyenoord” öz liqalarında ilk beş oyununda qələbə qazanmaqla əla formadadırlar.

Qeyd edək ki, Mançesterdə qalan əsas fiqurlar kapitan Ueyn Runi, Lyuk Şou, Antonio Valensiya, Cessi Linqard və Henrik Mxitaryandır.


Mənbə: manutd.com

0 comments