Smollinq: “Məğlubiyyət haqqında fikirləşməyə vaxtımız yoxdur”

Kris Smollinq
Paylaş:

Ueyn Runinin yoxluğunda “Feyenoord”la oyunda komandanı meydana kapitan sarğısında çıxardan Kris Smollinq dünən gecə alınan məğlubiyyəti dəyərləndirib.

“Biz bu qarşılaşmaya öz gücümüzə inanaraq gəlmişdik və fikirləşirdik ki, bu oyunu qazanacayıq. Biz özümüz üçün qrup mərhələsinə yaxşı başlamağı təmin etmək istəyirdik, amma təəssüf ki, öz standartlarımızdan aşağı çıxış etdik. Rəqib çox vəziyyət yarada bilmədi, amma biz də lazım olanı edə bilmədik ki, bu oyunu qazanaq. İkinci hissədə biz fərqlənə bilərdik, amma biz ilk hissədə də bunu etməli idik”.

“Bu məğlubiyyət qrupun ikinci oyununa təsir edəcək, amma bizim hələ qarşıda beş oyunumuz var və biz qrupu lider kimi tamamlaya bilərik. İkinci hissədə biz rəqibə intensik oynamağa imkan vermədik, amma biz bunu qabaqcadan etmədik və əvvəlcədən özümüzə qələbəni təmin etməyi bacarmadıq”.

“İndi bizim vaxtımız yoxdur ki, bu məğlubiyyətdə ilişib qalaq. Bizə bir neçə günə bərpa olunmaq lazımdır və biz bazar günü meydana tam hazır şəkildə çıxmalıyıq. Biz öz xarekterimizi göstərməliyik, çünki ardıcıl üçüncü məğlubiyyət yolverilməzdir”.


Mənbə: manutd.com

0 comments