“Yunayted” – “Lester”: oyun sonrası mətbuat konfransı

mourinyo
Paylaş:

Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən “Mançester Yunayted” – “Lester Siti” (4-1) matçı sonrası Joze Mourinyo Sky Sports və MUTV kanallarına müsahibə verib. Müsahibənin əsas hissələrini təqdim edirik.

“Biz nəzarət edirdik”

“Çox yaxşı bir performans sərgilədik. Belə bir rahatlıqla qələbə qazanmaq əslində daha çətin idi. Biz ikinci qoldan sonra onların məyus olduğunu hiss elədik və daha yaxşı oynamaqla daha artığını bacardıq. Aydındır ki, ikinci yarıda heç kim daha 4 qol vuracağımızı və 8-0 hesablı qələbə qazanacağımızı gözləmirdi, amma hər şey nəzarətimizdə idi”.

Pozitiv bir başlanğıc

“İlk dəfə deyə bilərəm ki, biz oyuna çox yaxşı başladıq. Normalda bizim ikinci hissədəki performanslarımız birinci hissədəkindən daha yaxşı olur. Nə cür hazırlaşdığımızı bilmirəm. Bu gün biz davamlı oynadıq, topu yaxşı ötürdük, dinamik olduq və biz çox yaxşı müdafiə olunduq, hansı ki, əvvəlki müsahibəmdə demişdim ki, onları analiz etmək asan, məğlub etmək isə çətindir. Evə qayıtmaq və çempionu məğlub etmək yaxşıdır. Ötən mövsüm biz onları məğlub edə bilməmişdik, bu mövsüm isə artıq 2-ci dəfə məğlub etdik”.

İstənilən nəticə əldə edildi

“Biz daha çox aqressiv idik və daha yüksək təzyiq göstərdik. Komanda topu itirdikdə çox cəld reaksiya verirdi və biz çox yaxşı toparlanmışdıq, çox sürətli futbol oynadıq. Biz oynamaq istədiyimiz kimi oynadıq və yaxşı da oynadıq. Oyunlara hazırlıq həmişə yaxşıdır. Oyun oyundur və bəzi şeylər sənin nəzarətində olmur, buna görə də futbol çox gözəl və sevilən bir idman növüdür. Amma həqiqət budur ki, biz sona qədər çox yaxşı oynadıq”.

“Komanda, yoxsa fərdi performanslar əsasdır?”

“Düşünürəm ki, komanda çox yaxşı oynadı. 4 qol vurursunuz və hücumçunuz bu qollardan heç birinin müəllifi olmur, amma fikrimcə, Zlatan fenomenal oyun sərgilədi. O, bizim hücumların təşkilində çox möhtəşəm rol oynayırdı. Mata futbolu çox sürətli düşünür, Linqard və Reşford isə komandaya böyük bir intensivlik (davamlılıq) gətirdilər, amma mən komanda şəklində daha yaxşı oynadığımızı deməyi üstün tuturam”.

“Runi hələ də bizim üçün böyük oyunçudur”

“O, mənə görə böyük bir oyunçudur, “Yunayted” üçün böyük bir oyunçudur, bu ölkə üçün böyük bir oyunçudur. Başqa bir şey demək istəmirəm. O, mənim adamımdır. Ona tamamilə güvənirəm və hazırda o, eynilə mənim kimi xoşbəxtdir. Onun komandası qalib gəlib və normal olaraq o da xoşbəxtdir”.

Qalibiyyət seriyasını davam etdirmək lazımdır

“Biz Premyer Liqada 6 xal itirdik, amma həqiqət budur ki, heç-heçə etmirik və qalib gəlirik. Xallar itirmişik, amma xallar da qazanmışıq. 12 xalımız var, amma bu gün əsas olan nəticə, performans və azarkeşlərin xoşbəxtliyidir. Cümə axşamı bizim Avropa Liqasında çox önəmli bir matçımız var və belə yaxşı bir nəticədən sonra yenidən burada oyun keçirmək yaxşıdır”.


Mənbə: manutd.com

0 comments