Xuan Mata: “”Enfild” səfəri üçün səbirsizlənirik”

Mata
Paylaş:

Xuan Mata mövsüm ərzində hər həftənin bazar ertəsi günü öz şəxsi bloqunda həftəboyu meydanda və meydandan kənarda baş verənlər haqda yazır. Bu dəfə ispaniyalı futbolçu komandamızın qarşıdakı Enfild səfəri haqqında yazıb və ser Bobbi Çarltonu 60 illik yubileyi münasibəti ilə təbrik edib.

Həmin bloqu sizlərə təqdim edirik:

Milli komandalar üçün ayrılmış fasilə səbəbindən bu həftə fərqli bir həftə oldu. Amma bu bitdi və biz artıq Premyer Liqaya yönəlirik, hara ki, ilin ən böyük oyunlarından biri – “Enfild” səfəri. Bildiyiniz kimi, bu, “Mançester Yunayted” azarkeşləri üçün xüsusi bir oyundur və ümumiyyətlə, Avropa futbolunda mövsümün ən böyük qarşılaşmalarından biridir. 

Mən bu oyunlarda uğurlu biri olmuşam və sizi inandırım ki, bu oyun digərlərinə bənzəmir. Bu dəfə hər iki komandanın yaxşı formada olması ilə, heyranedici bir matç izləyəcəyimizə ümid edirəm. Biz nəyə qadir olduğumuzu göstərmək, yaxşı oynamaq və mübarizəni davam etdirdiyimizi sərgiləmək üçün çox səbirsizlənirik. Sonuncu heç-heçə matçımızdan sonra (Stok Siti) komanda birmənalı olaraq 3 xal qazanmaq istəyir. “Enfild”də son 2 Premyer Liqa matçında qalib gəldiyimiz kimi, bu dəfə də qələbə qazanmaq və doğru yolda olduğumuzu sübut etmək istəyirik.

Yeri gəlmişkən, bu həftə ser Bobbi Çarltonun “Mançester Yunayted”lə debüt etməsinin 60-cı yubileyi idi. Futbol tarixinin ən görkəmli şəxsiyyətlərindən birini təbrik etmək üçün yaxşı fürsətdir. Məsələn, İspaniyada kimdənsə ingilis futbolunun bir əfsanəsi haqqında soruşsanız, onlar Bobbi Çarlton deyəcəklər. Həmçinin, ser Bobbi bu idmana qeyri-adiliyi ilə öz töhfəsini verib və buna görə də bizlər üçün böyük bir nümunədir.

Gözəl bir həftə diləyi ilə, görüşənədək!


Mənbə: manutd.com

0 comments