Mourinyo futbolçuların vəziyyəti haqqında

joze
Paylaş:

Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Mançester Yunayted” matçı öncəsi Joze Mourinyo mətbuat konfransı keçirib.

Boss bildirib ki, milli komandalarının düşərgələrinə yollanan bütün futbolçular zədəsiz və yaxşı bir şəkildə komandanın heyətinə qayıdıblar. Lyuk Şou və Henrik Mxitaryan da “Enfild” səfəri üçün tam hazır formadadırlar. O, həmçinin Cessi Linqardı İngiltərə millisində debüt etməsi, Ander Erreranı isə İspaniya millisinin heyətinə dəvət olunması münasibətilə təbrik edib.

“Mən milli komandalara cəlb olunan oyunçuları sevərəm. Həmişə seçilmiş oyunçularımla qürur duyuram. Xüsusən də, bu iki oyunçum. Biri debüt etdi, digəri də İspaniya komandasına dəvət olunub. Təbii ki, bu, onlar üçün çox önəmlidir, mənim üçün yaxşıdır və düşünürəm ki, klub da onlarla fəxr edir”.


Mənbə: manutd.com

0 comments