“Liverpul” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

mourinyo
Paylaş:

Premyer Liqanın 8-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Mançester Yunayted” matçı öncəsi Joze Mourinyo mətbuat konfransı keçirib.

Boss bildirib ki, milli komandalarının düşərgələrinə yollanan bütün futbolçular zədəsiz və yaxşı bir şəkildə komandanın heyətinə qayıdıblar. Lyuk Şou və Henrik Mxitaryan da “Enfild” səfəri üçün tam hazır formadadırlar.

(Həmçinin bax: Mourinyo futbolçuların vəziyyəti haqqında)

Matç nə qədər əhəmiyyətlidir?

“Mən bunu hiss etməliyəm, oynamalı və sonra mülahizələr yürütməliyəm. Uzun müddətdir ki, İngiltərədəyəm. Bu matçı heç vaxt oynamamışam, amma həm “Liverpul”, həm də “Yunayted”ə qarşı oynamışam və bu matçın nə qədər önəmli olduğunu başa düşürəm”.

“Enfild” həyəcanı

“Mən hər zaman “Enfild”də oynamağı xoşlayıram. Orada böyük oyunlar qazanmışam, böyük oyunlar uduzmuşam, amma deməzdim ki, hər dəfə uğurlu olmuşam, bu, doğru sayılmaz. Mən atmosferi və matçların xarakteristikalarını bəyənirəm. Bu, “Real” – “Barselona”, Milan derbiləri, “Portu” – “Benfika” oyunları ilə müqayisə ediləcək qədər böyük bir matçdır”.

“Hər şey bu matçdan asılı deyil”

“Mövsüm “Enfild” səfərindən ibarət deyil və “Old Trafford” matçı da yanvardadır. Mövsüm daha çox xalın qazanılmasından, itirilməsindən və məqsədə nail olmaqdan ibarətdir”.

Klubların birgə bəyanatı haqqında

“Əlbəttə, futbolda bir neçə futbol “faciələri” var ki, siz bunlarla zarafat edə bilərsiniz. Matçları uduzarsınız, oyunçularınız səhvlər edər və s. İnsanlıq faciəsi isə daha ciddidir və kimlərsə bundan bir futbol meydanında istifadə etməməlidir. Bunlara hörmətlə yanaşmalıyıq, yəni belə bir böyük matçda hər hansı bir neqativ hadisə olarsa, həqiqətən, çox üzülərəm”.

“Səfər məni narahat etmir”

“Mən oraya öz oyunumu oynamaq üçün gedirəm, işimi görməyə və ondan həzz almağa gedirəm. Fikrimcə, azarkeşlər də çox zövq alacaqlar, öz komandalarını dəstəkləyəcək və rəqib üçün pis bir atmosfer yaradacaqlar, amma təhlükəsizlik və hörmət çərçivəsində. Düşünürəm ki, belə də olacaq”.

Runi haqqında

“İngiltərə mənim problemim deyil, amma o hazırlaşıb, yaxşı məşq edib və pozitivdir”.


Mənbə: manutd.com

0 comments