Mourinyo futbolçuların vəziyyəti haqqında

mourinyo
Paylaş:

Sabah “Old Trafford”da keçiriləcək Avropa Liqasında qrup mərhələsinin 3-cü matçı olan “Fənərbağça” ilə oyun öncəsi Joze Mourinyo mətbuat konfransı keçirib.

Portuqaliyalı mütəxəssis deyib ki, Henrik Mxitaryan 5 oyunluq fasilədən sonra, nəhayət ki, meydana çıxmağa hazırdır və artıq onun zədəsi yoxdur:

“O, zədəli idi və çox uzun müddət zədəli oldu. Hazırda o artıq zədəli deyil. O heç bir məhdudiyyət olmadan məşq edir. Onun sabahkı oyuna hazır olub-olmadığını deyə bilmərəm, amma o, tam sağalıb və artıq öz səviyyəsinə qayıtmağın vaxtıdır, hansı ki, onun buna nail olacağına inanırıq”.

Boss “Yunayted”in bu mövsüm keçirdiyi 12 matçın hər birində meydana çıxan və 6 qol vurmağı bacaran Zlatan İbrahimoviç haqqında da danışıb:

“O, bizə eynilə bizim ondan gözlədiyimiz şeyləri verir. Mən çox şadam. Onunla yenidən bir araya gəlmək olduqca gözəldir. Bilmirəm, təxminən 5-6 il olardı ki, onunla ayrı-ayrı yerlərdə idik, amma indi onu görürəm və həminki ambisiya, həmin həvəs və oynamaq, yarışmaq istəyi, heç dəyişməyib. Bundan məmnun olmaya bilmərəm, adam tam formadadır və oynamağa hazırdır, yəni bundan razı olmamaq olmaz. Onun komandaya təsiri baxımından götürsək, paltardəyişmə otağında gənc oyunçuların ona necə rəğbət bəslədiyini görə bilərsiniz, çünki o, onlar üçün böyükdür və bir ilham mənbəyidir”.

Mətbuat konfransına Joze Mourinyo ilə birlikdə Lyuk Şou da qatılıb və baş məşqçi sabahkı oyunda onun start heyətdə oynayacağını deyib:

“Açığı, mən sizə komandamı demək istəmirəm. Bəzən edirəm, bəzən fərqli birilərini seçirəm, amma bu dəfə Lyuk Şou olacaq. Mən mətbuat konfransına yalnız start heyətdə meydana çıxacaq oyunçuları gətirirəm. Amma yalnız Şounun sabahkı oyunda meydana çıxacağını sizə deyə bilərəm”.

Mourinyo kapitan Ueyn Runi haqda da danışıb:

“Ueyn çox yaxşı çalışır, o, stadionun atmosferinə ən çox bələd olan oyunçulardandır və onun meydanda olması, pozitivliyi yaxşı bir nümunədir. Onun sabah startda, yaxud skamyada olacağını isə deyə bilmərəm. Sabah görəcəyik”.


Mənbə: manutd.com

0 comments