Robin van Persi: “Öz evimdə oynamaq xüsusi bir hiss olacaq”

van Persi
Paylaş:

Klubun rəsmi saytı xəbər verir ki, “Mançester Yunayted”in keçmiş hücumçusu, bu gecə “Fənərbaxça”nın heyətində “Old Trafford”da qonaq olan Robin van Persi öz evində oynayacağını bildirib.

“Bu mənim üçün xüsusi bir hiss və xüsusi bir oyun olacaq. Mən bilirəm ki, “Mançester Yunayted” Çempionlar Liqasında çıxış etmək istəyir, amma hal-hazırda bu qrup Avroliqada mənim üçün xüsusidir. Sonuncu oyunda mən ilk komandam olan “Feyenoord”a qarşı oynamışdım, növbəti oyunda isə “Yunayted”ə qarşı oyunda iştirak edəcəm. Mən bunu səbrsizliklə gözləyirəm”.

“Hal-hazırda mən “Fənərbaxça” üçün oynayıram və komandam üçün hər şeyin yaxşısını etmək istəyirəm, amma, sözsüz ki, böyük komandaya qarşı böyük azarkeşləri olan böyük stadionda öz evimdəki kimi oynamaq xüsusi bir hiss olacaq”.

“Oyun bizim üçün çox ağır olacaq. “Yunayted” oyunun favoriti hesab olunur, amma futbolda nələrin olacağını bilmək olmur. Ümumiyyətlə mən bu xoş gecəni səbrsizliklə gözləyirəm”.


Mənbə: manutd.com

0 comments