Ouen: “Runi topu Poqbaya verəndə inana bilmədim”

runi-poqba
Paylaş:

“Mançester Yunayted”in keçmiş hücumçusu Maykl Ouen təəccüblənib ki, “Fənərbaxça” ilə oyunda Ueyn Runi penalti vurmaq hüququnu Pol Poqbaya verib.

“Runi ilə bağlı bir fikirdən qaça bilmirəm, ona görə də mütləq deməliyəm. 12 il bundan əvvəl bu oğlan “Fənərbaxça”ya qarşı oynamışdı. Bu onun “Yunayted”də ilk oyunu idi, amma o, topu Rayan Giqqsdən alır ki, penaltini vursun. O, təcrübəli futbolçulara demək istədi ki, buraya dayanmaq üçün gəlməyib və ardınca isə üç qol vurmağı bacardı”.

“Mən razıyam ki, topu Poqbaya vermək qərarını komandanın kapitanı kimi verib. Əgər bu cür də belə davam etsə, deməli mərkəz hücumçusu kapitan olmalı deyil. O, mütləq fərqlənməlidir. Ona bir neçə qol lazımdır ki, ser Bobbi Çarltonun inanılmaz rekordunu qıra bilsin!”.

“Mən xatırlayıram ki, Ueyn gənc olarkən dözülməz oğlan idi, hansı ki, qol vurmaq istəyirdi. Penalti qazanılanda topun qarşısında ilk o olardı. Mən sadəcə inana bilmirəm ki, o durdu və sadəcə topu Poqbaya verdi”.


Mənbə: Daily Mail

0 comments