Xuan Mata: “Hər şeyə qaldığı yerdən davam etməliyik”

matas
Paylaş:

Xuan Mata mövsüm ərzində hər həftənin bazar ertəsi günü öz şəxsi bloqunda həftəboyu meydanda və meydandan kənarda baş verənlər haqda yazır. Bu dəfə ispaniyalı futbolçu “Çelsi” məğlubiyyətini unudub qarşıdakı oyunlara hədəflənmək lazım olduğunu deyib.

Hamıya salam! Dürüst olacam, çətin bir gün oldu və bu sətirləri yazmaq asan deyildi. Birinci dəqiqədən hər şey qəlizləşdi. Erkən qol buraxdıqdan sonra bizim bütün düşüncələrimiz dəyişdi və oyunda geri dönüş edə bilmədik. “Çelsi” bizdən daha yaxşı başladı və biz bunun fəsadlarını ödədik.

Amma biz davam eləməliyik. Xoşbəxtlikdən, bizim 3 gün içində çətin bir oyunumuz var və elə bu andan etibarən oyuna köklənməliyik. Bu, şablon səslənə bilər, amma belədir. Qələbə qazananda və hər kəs səni tərifləyəndə birləşib həmin qələbəni qeyd etmək asandır, amma belə bir uğursuzluqdan sonra biz mental olaraq özümüzü toparlamalı və qaldığımız yerdən davam etməliyik. Biz birlikdə qalib gəlirik və birlikdə məğlub oluruq.

Londona gələn azarkeşlərimizə minnətdaram, siz 90 dəqiqə dayanmadan bizi dəstəklədiniz, hətta hər şey bizim üçün uğursuz getsə belə, siz möhtəşəm idiniz. Mənə öz hörmət və bağlılıqlarını göstərdikləri üçün “Çelsi” azarkeşlərinə də təşəkkür edirəm.

Görüşənədək!


Mənbə: manutd.com

0 comments