Xuan Mata: “Karyeramın ən qəribə oyunlarından biri idi”

matas
Paylaş:

Xuan Mata mövsüm ərzində hər həftənin bazar ertəsi günü öz şəxsi bloqunda həftəboyu meydanda və meydandan kənarda baş verənlər haqda yazır. Bu dəfə ispaniyalı futbolçu “Bernli” ilə heç-heçə yekunlaşan matç (0-0) haqqında danışıb.

Hamıya salam! Mançesterdə tipik bir payız həftəsonundan yazıram, axşama az qalır, qış mövsümü də yaxınlaşır…

Sakit bir gün oldu, lakin mən daha çox şənbə günündəki matçı düşünürəm, karyeramın ən qəribə bərabərliklə bitən oyunlarından biri. “Bernli” ilə matçımıza baxdınızsa, mənimlə razılaşarsınız ki, bu qədər şans yaradıb sonunda 1 xal qazanmağı qəbul etmək çox çətindir. Hesab edirəm ki, onların qapıçısı – Hiton ogünkü oktyabr axşamını hər zaman xatırlayacaq, heç nə edə bilməzsiniz, amma onu təbrik edirəm. O, mütləq şəkildə hər şeyi qurtardı.

Komandamız matç başladıqdan bəri yaxşı bir oyun sərgilədi. Biz çox diqqətli başladıq və son dəqiqəyə qədər qol vurmaq üçün döyüşdük, əslində, uzun bir müddət də 10 nəfərlə oynamağa məcbur olduq. Biz qapı istiqamətində saysız-hesabsız zərbə vurduq, amma dirəklər (tir), müdafiəçilər və xüsusilə onların qapıçısının möhtəşəm çıxışı fərqlənməyimizə imkan vermədi. Bilirəm, təkrarçılıq edirəm, amma bu idman belədir. Hesab insafsız olanda sənin necə yaxşı olmağının bir önəmi yoxdur. Bəzən qələbə qazanmağa layiq olmursan, amma sonda 3 xal qazanırsan və ya əksinə.

Mən sadəcə bunu düşünürəm ki, şənbə günü sərgilədiyimiz oyun bizim uzun müddət buna nail ola biləcəyimizi göstərdi. Əgər əlimizə düşən şanslardan yararlana bilsəydik, indi mövsümün ən yaxşı oyunlarından biri haqda danışırdıq, amma nə qədər bunu reallaşdırmağa çalışsaq da, təəssüflər olsun ki, alınmadı. Ancaq bilirik ki, bu baxımdan daha yaxşı ola bilərik.

Həmişəki kimi oyundan sonra da dəstək olduğunuz üçün minnətdaram, bu o deməkdir ki, siz komandamızın bu səylərini düzgün qiymətləndirirsiniz. Gözəl bir həftə diləyi ilə, görüşənədək!


Mənbə: manutd.com

0 comments