“Yunayted”də oktyabr ayının ən yaxşısı seçilir

anmaan
Paylaş:

Ander Errera, Xuan Mata və Antonio Valensiya “Mançester Yunayted”də oktyabr ayının oyunçusu nominasiyasında fərqləndirilirlər.

Ander Errera: 5 oyun

Bu mövsüm çox möhtəşəm çıxış edərək Joze Mourinyonun start heyətinin əsas üzvlərindən birinə çevrilən ispaniyalı yarımmüdafiəçi, iştirak etdiyi oyunların bir çoxunda, xüsusilə, son bir neçə oyunda çox yaxşı performans sərgiləyib.

Xuan Mata: 5 oyun, 1 qol

İspaniyalı pleymeyker “Siti” ilə Liqa Kuboku matçında yeganə qolun müəllifi olmuşdu. Ümumiyyətlə, ötən ayı yüksək səviyyədə keçirən Mata, hücum xəttində yüksək texnika və səliqəli oyunquruculuğu ilə seçilir.

Antonio Valensiya: 4 oyun

Komandanın sağ cinahında çox önəmli biri olan ekvadorlu futbolçu, “Liverpul” və “Siti” ilə oyunları çox yüksək səviyyədə keçirmişdi. Lakin əlindəki zədə səbəbindən “Bernli” matçında iştirak edə bilməmişdi.

Səsvermədə iştirak etmək üçün aşağıdakı keçidlərdən birinə daxil ola bilərsiniz:

  1. ManUtd.com/POTM
  2. @ManUtd

Mənbə: manutd.com

0 comments