“Yunayted” İstanbula 21 futbolçu ilə yola düşüb

avroliqa
Paylaş:

Joze Mourinyo sabah Avroliqa çərçivəsində baş tutacaq “Fənərbaxça” ilə oyun üçün İstanbula 21 futbolçu ilə yola düşüb.

Mövsümün əvvəlindən zədədən əziyyət çəkən Fil Cons artıq tam bərpa olunub və heyətə salınıb, amma Smollinq komanda ilə birgə uçuşda olmayıb. Tim Fosu-Mensa, Henrik Mxitaryan və Antoni Marsial da kmanda ilə birlikdə olacaqlar, amma Maykl Kerrik, Memfis Depay və Antonio Valensiya Mançesterdə qalıblar.

Bu həftəni komanda ilə məşqlərə başlayan Bastian Şvaynştayqer İstanbula yola düşən futbolçuların siyahısında olmayıb, çünki alman yarımmüdadfiəçi Avroliqaya göndərilən futbolçuların siyahısında yoxdur.

“Yunayted” hal-hazırda altı xalla Holandiya təmsilçisi “Feyenoord”la eyni xalla malikdir. Hər iki tərəf iki dəfə qələbə qazanıb və bir dəfə məğlub olubdur, amma hollandlar “qırmızı şeytanlar”la oyunda 1-0 hesablı qələbələrinə görə ilk pillədə qərarlaşıblar. İlk oyunda “Old Trafford”da 4-1 hesabı ilə məğlub olan “Fənərbaxça” üçüncü pillədə, “Zorya” isə sonuncu pillədə qərarlaşıb.

İstanbula yola düşən tam heyət: De Hea, Romero, Constoun, Blind, Cons, Darmian, Fosu-Mensa, Roho, Şou; Fellayni, Errera, Mxitaryan, Linqard, Mata, Poqba, Şnayderlin, Yanq; İbrahimoviç, Marsial, Reşford, Runi.


Mənbə: manutd.com

 

0 comments