“Fənərbaxça” – “Yunayted”: oyun öncəsi mətbuat konfransı

mourinyo
Paylaş:

Avropa Liqasında A qrupunun 4-cü matçı çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Mançester Yunayted” matçı öncəsi Joze Mourinyo mətbuat konfransı keçirib.

Bir az əvvəl yekunlaşan mətbuat konfransına Joze Mourinyo ilə birlikdə Matteo Darmian da qatılıb.

Müsahibələrin əsas hissələrini təqdim edirik.

Fil Cons mövsümdə ilk matçına çıxmaq üçün tam hazırdır

“Mən Fil Consun nə vaxt “Yunayted” üçün davamlı olaraq oyunlarda iştirak etməsini xatırlamıram. Yadıma gəlmir, yadımdadır ki, Çempionlar Liqasında mən “Real Madrid”də olarkən “Yunayted”lə oynayanda Cons Madriddəki matçda iştirak etmişdi. Amma sonralar onu elə də çox oyunlarda görmədim”.

“Onun zədələrlə pis bir münasibəti var və bu mövsüm onun üçün yaxşı olmadı, lakin o, yenidən formaya düşmək üçün çox çalışıb və hazırda 1 həftədən çoxdur ki, komanda ilə məşqlər edir”.

“Biz çətin bir perioddayıq, çünki 1 həftədə 3 müdafiəçi itirmişik; Valensiya, Bayi və Smollinq. Bu çətin vəziyyətdə isə ona ehtiyacımız var. Onu seçməliyik və yəqin ki, onu oynadacağıq”.

Matteo Darmian:

“Biz çətin bir oyun olacağını güman edirik. Bilirik ki, çətin olacaq, çünki “Fənərbaxça” yaxşı oyunçuları ilə yaxşı bir komandadır, amma sabah qələbə üçün mübarizə aparacağıq. Biz qazanmaq üçün buradayıq, bu qədər”.

“Təbii ki, mən mövsümün birinci dövrəsində çox çalışıram və nə vaxt məşqçi mənə oynamaq imkanı versə, hazır olmalıyam. Antonio üçün məyusam. Onun zədəsinin sağalması üçün gözləməliyik və ümid edirəm ki, o, tez bir zamanda komandaya qayıdacaq”.

Boss deyir ki, komandamız qrupda yaxşı mövqedədir:

“Evdə keçirdiyimiz 2 oyunda 6 xal qazandığımıza görə qrupda pozitiv bir mövqedəyik”.

Çempionluq hədəfi

“Mənim fikirlərim dəyişib, çünki vəziyyət dəyişir, ona görə ki, Avropa Liqasının qalibi növbəti mövsüm Çempionlar Liqasına birbaşa vəsiqə qazanır. Son illərdə Avropa Liqası böyük klublar üçün fərqli bir anlam daşıyır, çünki bu, Çempionlar Liqasına qatılmağın bir yoludur”.

Rəqib haqqında

“Fakt budur ki, “Fənərbaxça”nın qələbələr seriyasına qayıtması sürpriz deyil, düşünürəm ki, bu, normal bir situasiyadır. Türkiyə liqası, məncə, hər zaman inkişaf edir. İstanbuldan kənar olan bəzi komandalar da yüksək yerlər üçün mübarizə aparır. Fikrimcə, İstanbuldakı 3 böyük klub çox güclüdürlər, çox yaxşı oyunçulara sahibdirlər, Dik Edvokaat kimi təcrübəli məşqçiləri var”.

Valensiya müəyyən bir müddət komandadan uzaq qalacaq

Mourinyo “Börnli” ilə matçı əlindəki zədə səbəbindən buraxan Antonio Valensiyanın bir müddətlik sıradan çıxdığını təsdiq edib.

Bastian Şvaynştayqer haqqında

“Bastiana gəlincə, o, fitness məqçisi ilə peşəkar bir şəkildə məşqlər edir, biz düşünürük ki, bu bir insan qərarıdır, peşəkar bir qərar, onu komandaya geri qaytarmaq. O, gələcəkdə klubu tərk etmək qərarını verənə qədər daha yaxşı bir vəziyyətdə olacaq; əgər bizimlə qalsa, mübarizə üçün daha yaxşı şəkildə hazırlıqlı olacaqdır”.

“Bu daha bir seçimdir. Hazırda, bizim yarımmüdafiə mövqeyində müdafiədəki kimi problemlərimiz yoxdur, amma əgər yarımmüdafiədə hansısa bir problemimiz olarsa, bizim üçün başqa bir seçim var. Bu, məşq prosesində qərara alınmış bir insan qərarıdır, həmçinin qrupda pozitiv ab-hava yaratmaq üçün yaxşı bir qərardır. Həm biz, həm də onun üçün xoşdur”.


Mənbə: manutd.com

0 comments