“Fənərbaxça” – “Yunayted”: oyun sonrası mətbuat konfransı

joze mourinyo
Paylaş:

Jurnalistlərlə söhbət zamanı Joze Mourinyo “Fənərbaxça” ilə oyunun nəticəsini ədalətli hesab edib və oyunun əvvəlində komandasının sanki bir yayda keçirilən yoldaşlıq qarşılaşmasına çıxdığı kimi oynamasından şikayət edib.

ƏDALƏTLİ NƏTİCƏ

“Onlar qələbəyə layiq idilər. Futbol təkcə ustalıqdan ibarət deyil. Söhbət komandanın tam gücləsməsindən, əzmindən və belə bir atmosferdə öz məhdudiyyətlərindən artıq oynamasından gedir. Biz erkən qol buraxmaqla, rəqibin nə etmək istədiyinə şərait yaratdıq. Rəqib müdafiə oluna və əks hücuma keçə bilər, hesabda öndə ola bilər və bu bizim günahımızdır ki, onlara belə vəziyyətdə olmağa imkan verdik. Onlar Çempionlar Liqasının finalında oynayırdılar, biz isə sanki yayda yoldaşlıq oyununa çıxmışdıq”.

GECİKMİŞ CAVAB

Onlar ikinci qollarını vurduqdan sonra biz cavab verməyə çalışdıq və tamam başqa nəticəyə nail ola bilərdik, amma mən hiss etmirəm ki, biz başqa bir nəticəyə layiq idik, çünki bütün 90 dəqiqəni lazım olan qədər yaxşı oynamadıq. Biz öz gücümüzü göstərə bilmədik”.

MÜDAFİƏDƏ ZƏDƏLİLƏR HAQQINDA

“Müdafiənin mərkəzində iki sol cinah müdafiəçi oynayanda bununla bacarmaq çətin olur. Bunun öhdəsindən gəlmək çox çətindir, xüsusilə də, əgər oyunda çox sayda fiziki mübarizə varsa. Burada gərək topu özündə saxlayasan və qol fürsətləri yaradasan. Biz hücumda şanslar yaratdıq, amma qol fürsətləri yaratmağa nail olmadıq”.

AVROLİQANIN KVALİFİKASİYA MƏRHƏLƏSİNİ KEÇMƏK ŞANSI

“Biz başqalarından asılı deyilik, biz öz-özümüzdən asılıyıq. Əgər biz hər iki oyunda qələbə qazansaq, onda kvalifikasiya mərhələsini keçəcəyik. Hətta dörd xal yığsaq belə növbəti mərhələyə keçə bilərik, çünki “Feyenoord” və “Fənərbaxça” bir-biri ilə qarşılaşacaq və onların hər ikisi maksimum xal toplaya bilməz”.


Mənbə: manutd.com

 

0 comments