Xuan Mata oktyabr ayının ən yaxşısıdır

Xuan Mata
Paylaş:

Klubun rəsmi saytı xəbər verir ki, azarkeşlərin səsverməsi nəticəsində Xuan Mata oktyabr ayının ən yaxşı futbolçusu seçilib.

Komandanın rəsmi saytında və tvitter hesabında oktyabr ayının ən yaxşısını seçmək üçün “qırmızı şeytanlar”ın 90 mindən çox azarkeşi səsvermədə iştirak edib.

Səsvermə nəticəsində Xuan Mata oktyabr ayının ən yaxşısı seçilib, hansı ki, 44% səs toplayıb və öz həmyerlisi Ander Erreranı bir faiz səslə qabaqlaya bilib, hansı ki, 43% səslə ikinci pillədə qərarlaşıb. Daha da dəqiq hesablasaq Xuan Mata və Ander Erreraya səsverən azarkeşləri 198 səs ayırırdı.

Üçüncü pilləni ekvadorlu Antonio Valensiya 13% səslə tutub.

Liqa Kubokun 4-cü mərhələsində “Siti” ilə oyununda qələbə qolunun müəllifi azarkeşlər tərəfindən bu mövsüm ən yaxşı futbolçu seçilən üçüncü oyunçu oldu. Buna qədər avqust ayında Erik Bayi, sentyabr ayında isə Markus Reşford azarkeşlərin səsverməsinin qalibi olmuşdular.

Xuan Mata üçün bu “Çelsi”dən ayrıldıqdan sonra “Yunayted” azarkeşləri tərəfindən seçildiyi beşinci mükafat idi. 28 yaşlı ispan futbolçu sonuncu dəfə analoji nəticəyə keçən ilin sentyabr ayında nail olmuşdur.


Mənbə: manutd.com

 

0 comments