“Yunayted” futbolçuları yığmalarının heyətində

David De Hea
Paylaş:

Ötən gün DÇ-2018 seçmə mərhələsi çərçivəsində bir sıra oyunlar keçirilib.

“Mançester Yunayted”in qapıçısı David De Hea milli komandası ilə növbəti qələbəyə sevinib. Belə ki, evdə Makedoniya seçməsini 4-0 hesabı ilə məğlub edən İspaniyanın qapısını komandamızın əsas qolkiperi qoruyub və matçı qol buraxmadan yekunlaşdırıb. Millinin sıralarına çağırılan digər “Yunayted” futbolçuları Xuan Mata və Ander Errera isə matçı ehtiyat oyunçular skamyasından izləyiblər.

Səfərdə Lixtenşteyn yığmasını 4 cavabsız topla məğlub edən Matteo Darmianın komandası qrupda 10 xal toplayaraq İspaniya ilə birlikdə 1-ci və 2-ci pillələri bölüşürlər. Qeyd edək ki, Darmian dünənki matçda ehtiyat oyunçular skamyasında olub.


Mənbə: manutd.com

0 comments