Xuan Mata: “Errera çox yaxşı keyfiyyətlərə malikdir”

xuan mata
Paylaş:

Həftənin çərşənbə günü İngiltərə və İspaniya milli komandaları arasında “Uembli” stadionunda yoldaşlıq görüşü keçiriləcək. Komandamızın ispaniyalı pleymeykeri Xuan Mata adıçəkilən matç haqqında fikirlərini bildirib.

“Bu stadionda (Uembli) hər zaman xüsusi bir oyun olur. Düşünürəm ki, “Uembli” futbol oynamaq üçün möhtəşəm məkandır və bu dəfə İngiltərəyə qarşı oynayacağıq. Mən onların bir çox futbolçularını tanıyıram, yəni bizim üçün xüsusi bir matç olacaq”.

Milli komanda ilə 41-ci matçını keçirməyə hazırlaşan Mata, digər ispan komanda yoldaşı Ander Errera haqqında da danışıb. O düşünür ki, İspaniya milli komandası ilə hələ də debüt etməyən Errera çox yaxşı keyfiyyətlərə malikdir:

“Ander mükəmməl formadadır və mən onun üçün şadam. Hər zaman eyni həvəslə oynayır və o həm meydanda, həm də meydandan kənarda yaxşı xarakterə sahib birisidir. Onun çox yaxşı keyfiyyətləri var və bunu komandaya da yansıda bilər. Topla olarkən və ya topsuz, o, qollar vura bilər ki, bu da komanda üçün yaxşıdır”.


Mənbə: manutd.com

0 comments