“Yunayted”in futbolçuları yığmaların heyətində

Ander Herrera
Paylaş:

Dünən gecə “Mançester Yunayted”in futbolçularının iştirakı ilə bəzi yığmalar öz güclərini yoldaşlıq oyunlarında sınasa da, bəziləri Rusiyada keçiriləcək Dünya Çempionatının növbəti seçmə mərhələsi üçün meydana çıxmışdılar.

Ander Errera axır ki, İspaniya millisində debüt oyununa çıxa bildi, hansı ki, “Uembli”də İngiltərə ilə yoldaşlıq qarşılaşmasında 35 dəqiqə oynamaq imkanı qazanmışdı. Errera oyunun 56-cı dəqiqəsində Tiaqo Alkantaranın əvəzinə meydana çıxdı və 88-ci dəqiqəyə qədər ingilislərə 2:0 məğlub durumda olan komandasına hesabı 2:2 etməsinə kömək edib.

Xuan Mata ispanların start heyətində meydana çıxmışdı və ilk 45 dəqiqəni meydanda keçirtmişdi. David De Heaya isə istirahət verilmişdi və onun yerini Pepe Reyna tutmuşdu. Cessi Linqard da ingilislərin start heyətində meydana çıxmışdı və bütün qarşılaşmanı meydanda olmuşdu. Markus Reşford isə 67-ci dəqiqədə Ceymi Vardini əvəzləyərək oyuna qoşulmuşdu.

Matteo Darmian İtaliya yığmasının Almaniya ilə yoldaşlıq oyununda müdafiədə öz yerini qaytarmışdı və qolsuz bərabərlikdə sona çatan qarşılaşmada hakimin final fitinə qədər meydanda olmuşdu. Eynən bu cür hesabla Fransa və Kot-d`İvuar yığmalarının yoldaşlıq qarşılaşması da yekunlaşıb. Pol Poqba ilk 45 dəqiqəni meydanda olsa da, Deşamın ikinci hissə başlayan kimi əvəzlədiyi altı futbolçunun sırasında olub.

Serxio Romero Rusiyada keçiriləcək Dünya Çempionatından kənar qalımaq riski ilə üzbəüz qalan Argentina yığmasına kvalifikasiya mərhələsində öz vəziyyətini nisbətən düzəltməsinə kömək edib. “Yunayted”in əlcək sahibi qapısını toxunulmaz saxladığı oyunda “ağ-mavilər” Kolumbiya üzərində 3-0 hesablı qələbə qazanıb.


Mənbə: manutd.com

0 comments