Xuan Mata: “Bu xarakter ilə layiq olduğumuzu qazanacağıq”

xuanmata
Paylaş:

Xuan Mata mövsüm boyu hər həftənin bazar ertəsi günü öz şəxsi bloqunda geridə qalan həftədə meydan və ya meydandan kənarda yaddaqalan hadisələr haqqında yazır. 

Bu dəfə ispaniyalı futbolçu “Arsenal” matçı haqqında dejavu (fransızcadan tərcümədə, hər hansı bir hadisəni daha əvvəlcədən yaşadığını hiss etmək) hiss etdiyini deyib, amma onu da qeyd edib ki, komanda qarşıdakı 3 ev oyunu üçün özünü pozitiv əhvali-ruhiyyədə saxlamalıdır.

Hamıya salam! İçimdə elə bir hiss var ki, bu yazını daha əvvəl yazmışam sanki. Ya da azından əvvəlki hansısa yazıma çox bənzər biridir. Final fitindən sonra yaşanan bu məyusluq bizim üçün ilk deyil. “Arsenal” qarşısında da yaxşı oynadığımızı düşünürəm, amma yenə də 2 xal itirdik. 

Bütün komanda ilə böyük səy göstərdik, şanslar yaratdıq, müdafiədə çox inamlı oynamaqla “Arsenal” kimi yaxşı bir komandanı öz cərimə meydançamızdan uzaqda saxladıq, 89-cu dəqiqədə 1 qol buraxdıq və heç-heçə… Möhtəşəm bir həftəsonu ola bilərdi, amma pis yekunlaşdı. Lakin biz pozitiv olmalıyıq. Oynadığımız oyunla, ambisiya ilə, motivasiya, sərgilədiyimiz mübarizə gücü, komandanın xarakteri əsas verir ki, geci-tezi biz layiq olduğumuz mükafatı qazanacağıq.

Bəzən nəticələr qəbuledilməz olur, amma bu bərabərlik bizim hədəfimizə heç bir təsir etmir, biz inkişaf etməyə davam edirik. Hələ oynamağa çox oyun var.

Bu həftə “Old Trafford”da daha 2 oyunumuz var və biz yuxarıda dediklərimi azarkeşlərimizə yenidən göstərməliyik. Ev, ya da səfər, fərqi yoxdur, hər oyunda komandasına möhtəşəm sevgi ilə dəstək olan belə bir izdiham üçün oynamaq, həqiqətən də, xüsusi bir hisdir. Gözəl bir həftə diləyi ilə, görüşənədək!


Mənbə: manutd.com

0 comments