Moyes: “İkinci qol matçda olan intriqanı öldürdü”

Paylaş:

Devid Moyes “Mançester Siti” ilə olan matçdan sonra öz təəssüratlarını bölüşdü.

“Düşünürəm ki, “Mançester Siti”nin qırxıncı saniyədə vurduğu qol bizi çaşdırdı və bütün planlarımızı pozdu. On beşinci dəqiqədən sonra biz topa sahib olduq və üstünlüyü ələ keçirdik. Çox təəsüf ki, fasiləyə qədər qol vurmağa müvəffəq olmadıq. Mən oyunçularımın hücümda oyunlarından çox məyyusam.”

“İkinci qol matçda olan intriqanı öldürdü. Biz Dzekonu diqqətdə saxlamalı olduğumuz halda, bunu etmədik. Bunun nəticəsi olaraq o maneəsiz bizim qapıya zərbələr endirirdi.

“Matç bu ilki sezon yaşadığımız ən ağır sınaqlardan oldu. Mart ayı bizim üçün çətin keçir. Anlayırdım ki, bu il bizim üçün çox çətin olacaq. Amma mən əmin idim ki, biz olduğumuzdan daha yaxşı yerlər üçün mübarizə aparacayıq”.

“Mən azərkeşlərimizə böyük minnətdarlığımı bildirirəm. Komanda tribunalardan möhtəşəm dəstək gördü. Ümüd edirəm azarkeşlər mövcud vəziyyəti başa düşürlər və bir müddət də bizi gözləməyə davam edəcəklər”.

Mənbə: manutd.com
Tərcümə: ReDevils.ru

0 comments