Pereyra: “Joze ilə tez-tez əlaqə qururam”

Andreas Pereyra
Paylaş:

“Mançester Yunayted”in yarımmüdafiəçisi, hal-hazırda İspaniyanın “Qranada” klubunda icarə əsasında çıxış edən Andreas Pereyra deyir ki, daim Joze Mourinyo ilə əlaqədədir və lazım olarsa, istənilən anda komandaya kömək edə bilər.

“Mən Joze Mourinyo ilə daim əlaqədəyəm və hər oyundan sonra söhbət edirik. Əgər mən “Mançester Yunayted”ə lazım olacamsa, onda hər zaman hazıram!”.

“İspaniyada çıxış etməklə təcrübə topladım, hətta klubun müəyyən probleminə də baxmıram. Amma fikirləşirəm ki, hər oyundan-oyuna daha da yaxşı oynayırıq və son iki oyun göstərir ki, biz düzgün yoldayıq”.

“Mən bura oyun praktikası qazanmağa və top-çempionatda oynamaqla təcrübə toplamağa görə gəldim. Ondan sonra “Yunayted”ə qayıdacam və əsas heyətdə yer almaq üçün mübarizə aparacam”.

Sonuncu turda Andreas Pereyra “Sevilya” ilə oyunda “Qranada”nın heyətində ilk qolunu vurmaqla, komandasının mövsümdə ilk qələbəsində pay sahibi oldu və sonuncu pillədən bir pillə yüksəlməsinə kömək etdi.


Mənbə: Sky Sports

0 comments