Rayola: “Hər şey baş verə bilər”

Mino Rayola
Paylaş:

Zlatan İbrahimoviçin agenti Mino Rayola müştərisinin gələn mövsüm də “Old Trafford”da qalacağını təsdiqləməyib və hadisələrin gedişatında yaranacaq variantları nəzərdən keçirməyi istisna etmək istəmədiyini deyib.

“Zlatanın müqaviləsi? Mən heç vaxt mətbuata razılaşmanın detalları haqqında danışmıram, bu yalnız futbolçuya, kluba və mənə aiddir. Mən fikirləşirəm ki, biz işlərin necə getdiyinə maneə olmamalıyıq və sadəcə andan həzz almalıyıq, daha sonra isə nələrin olacağına baxarıq”.

“Yunayted”də qalacaqmı? Mən hadisələrin inkişafında heç bir variantı istisna etmirəm. Mümkün olan hər bir şey ola bilər, amma dəqiq nə olacaqsa, biz onu artıq növbəti mövsüm görəcəyik. İndi biz növbəti kuboka köklənmişik. Bu Zlatan, Joze və mənim üçün çox vacib kubok idi, ona görə də biz indi azarkeşlərə daha bir neçə kubok da hədiyyə etmək istəyirik”.


Mənbə: Sky Sports

0 comments