“Yunayted” PL-də 600-cü qələbəsini qazandı

yunayted
Paylaş:

Dünən “Midlsbro” üzərində qazanılan 3-1 hesablı qələbə “Mançester Yunayted”in İngiltərə Premyer Liqası tarixində 600-cü qələbəsi oldu.

Komandamız bu göstərici ilə Premyer Liqada liderdir və ən yaxın izləyicisi olan “Arsenal”ı 83 qələbə sayı ilə qabaqlayır. “Yunayted”in bu əsrarəngiz rekordunu daha detallı şəkildə sizlərə təqdim etmək istəyirik.

Joze Mourinyonun komandası ötən ay “Uotford”u məğlub edərək (2-0) Premyer Liqada 2000 xal səddini keçən ilk klub olmuşdu. Bu dəfə isə “Mançester Yunayted” Premyer Liqada oynamış 47 komanda içərisində 600 qələbə səddinə çatan ilk komanda oldu. 1992-93 mövsümündən bu yana Premyer Liqa adlanan İngiltərə çempionatında komandamız bu rekordu 951 oyuna gerçəkləşdirdi. Bu 951 oyunun 600-də meydandan zəfərlə ayrılan komandamız, 204 oyunda rəqibləri ilə heç-heçə edib və 147 oyunda məğlub olub.

Statistik göstəricilər ilə bu rekordu təhlil edək…

Qələbələr:

Ev – 346 / Səfər – 254

“Yunayted”in ən çox məğlub etdiyi 5 komanda:

“Aston Villa” – 34
“Everton” – 33
“Tottenhem Hotspur” – 32
“Liverpul” – 27
“Vest Hem Yunayted” – 26liverpool 1-2man united ile ilgili görsel sonucu

Baş məşqçilər:

Ser Aleks Ferqyuson – 528 qələbə (810 oyun)
Lui van Qal – 39 qələbə (76 oyun)
Devid Moyes – 17 qələbə (34 oyun)
Joze Mourinyo – 14 qələbə (27 oyun)
Rayan Giqqs – 2 qələbə (4 oyun)
Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve yazı

Ən böyük hesablı qələbələr:

04/03/95 – “Yunayted” 9-0 “İpsviç Taun” (Old Trafford)
06/02/99 – “Nottinqem Forest” 1-8 “Yunayted” (Siti Qraund)
28/08/11 – “Yunayted” 8-2 “Arsenal” (Old Trafford)
25/10/97 – “Yunayted” 7-0 “Barnsli” (Old Trafford)
12/01/08 – “Yunayted” 6-0 “Nyukasl” (Old Trafford)man united 8-2 arsenal ile ilgili görsel sonucu

Daha çox qeydə alınan nəticələr:

1-0 hesablı qələbələr – 118
2-0 hesablı qələbələr – 111
2-1 hesablı qələbələr – 93
3-0 hesablı qələbələr – 65
3-1 hesablı qələbələr – 56

Premyer Liqa zəfərlərində ən çox qol vuran futbolçular:

Ueyn Runi – 163
Rayan Giqqs – 92
Pol Skoulz – 90rooney scores against city ile ilgili görsel sonucu


Mənbə: manutd.com

0 comments