FİFA Poqbanın “Yunayted”ə transferini araşdıracaq

Pol Poqba
Paylaş:

FİFA Pol Poqbanın “Yuventusdan rekord məbləğdə “Mançester Yunayted”ə transfer olunması ilə bağlı vəziyyəti araşdıracaq.

Fransada gələn çoxsaylı məktublardan sonra FİFA-nın nümayəndəsi təsdiqləyib ki, federasiya bu məsələ ilə bağlı əlavə məlumatlar istəyib. Lakin o, bu haqda daha ətraflı fikir bildirmək istəməyib.

Hələlik məlum deyil ki, FİFA 89 milyon funta transfer olunan fransızın keçidin hansı aspektini araşdıracaq. Bəzi mənbələr güman edirlər ki, araşdırma transferdən əldə olunan məbləğin 41 milyon funtu futbolçunun agenti Mino Rayolanın mənimsəməsi haqqında yayılan informasiyaya görədir.

Araşdırmaların başlanması Almaniyada çıxan “Fottball Leaks: Futbolun çirkin biznesi” adlı kitabın çıxması ilə eyni vaxta təsadüf edib, hansı ki, kitabda Poqba transferinin bəzi detallarını, o cümlədən, Rayolaya verilən mükafatın məbləğini araşdırıblar.

“Yunayted”in nümayəndəsi deyib ki, klub şəxsi müqavilələr haqqında rəy bildirmir, amma əlavə edib ki, bu transfer avqust ayında baş tutduqdan sonra keçid haqqında bütün sənədlər FİFA-nın öz sərəncamında olub.

Əksər mənbələrin verdiyi məlumatda deyilir ki, “Mançester Yunayted” bu araşdırmalara görə narahat olmaya bilər. Rayolanın bütün xərcini “Yuventus” klubu ödəyib və bu vəziyyət klubu hər hansı bir qorxudan qorumalıdır. Həmçinin məlumdur ki, Ed Vudvord bütün transfer məsələlərində maksumum dərəcədə şəffaflığa çox önəm verir.


Mənbə: ESPN

0 comments